İş şəraiti
- Şəhər: Bakı
- İş rejimi: 09:00 – 18:00, həftənin 5 günü
- Əmək haqqı: Razılaşma yolu ilə
Hüquqi funksiyalar:
- Cəmiyyətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Müqavilə və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizasını həyata keçirmək;
- Əmrlərin tərtibatında iştirak etmək;
- Daxili prosedur və qaydaların hazırlanması və hüquqi uyğunluğuna nəzarət etmək;
- Cəmiyyətin struktur bölmələrinə hüquqi məsələlərlə bağlı yazılı və şifahi məsləhətlər vermək;
- Rəsmi məktub və müraciətlərin hazırlanmasında iştirak etmək;
- Kənar (outsource) hüquqşünaslarla əməkdaşlıq və hüquqi xidmətlərin koordinasiyası;
- Cəmiyyətin maraqlarını məhkəmə, arbitraj və digər dövlət orqanlarında təmsil etmək;
- Hüquqa zidd aktların dəyişdirilməsi və ya ləğvi üçün tədbirlər görmək;
- Daxili normativ sənədlərin hazırlanmasında iştirak və hüquqi uyğunluğu təmin etmək;
- Əqli mülkiyyət hüquqlarının qeydiyyatını təmin etmək
Komplayens və AML (ƏL/TMM) funksiyaları:
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsin funksiyalarını icra etmək;
- Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidməti ilə yazışmaları aparmaq və hesabatları təqdim etmək.
Tələblər
- Azərbaycan Respublikasının mülki, əmək, vergi, inzibati və maliyyə hüququ üzrə biliklər;
- Prosessual qanunvericilik üzrə biliklər;
- Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidməti ilə yazışmalar və hesabat prosedurları üzrə təcrübə;
- Müqavilə hüququ və müqavilələrin hüquqi ekspertizası sahəsində bacarıq;
- Daxili normativ sənədlərin hazırlanması və komplayens üzrə təcrübə;
- Minimum 3 illik müvafiq hüquq sahəsində (maliyyə, fintech, IT) iş təcrübəsi;
- İngilis dili biliyi və hüquqi sənədləri ingilis dilində işləmək bacarığı;
- Ali hüquq təhsili.
Arzuolunan bilik və bacarıqlar
- Xarici magistratura diplomu;
- İT hüququ üzrə biliklər;
- Rus dilində hüquqi yazışma və sənəd tərtib etmə bacarığı.
Müraciət:
CV-nizi mövzu hissəsinə "Komplayens və hüquq şöbəsinin müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.