K K Group
  • 1.2K

K Group

System Admin

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

System Admin

  • Deadline 14 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Sistem Administratorları üzrə ən az 3-5 il təcrübəyə malik olması
  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • MS Windows Server ƏS üzrə iş təcrübəsi
  • Əməliyyat sistemlərinin idarə etmə təcrübəsinə və biliyə malik olmaq (Linux/CentOS/RedHat/Ubuntu/Fedora)
  • Vmware – , ESXI, vCenter  üzrə dərin biliklərin olması
  • Microsoft 365 admin center sistemləri üzrə iş təcrübəsi;
  • Storage sistemləri üzrə iş təcrübəsi(MSA/3PAR)
  • Veeam B&R yedəklənmə sistemləri üzrə iş təcrübəsi;
  • Monitoring və Logging programları ilə işləmə bacarığı
  • Server/storage avadanlıqlarla işləmə bacarığı (HP,)
  • Virtuallaşdırma və virtual mühitin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(VMWARE)
  • Zabbix, PRTG monitorinq sistemi və server təhlili və idarə edilməsi üzrə təcrübyə malik olmaq
  • Web server administrasiyası üzrə təcrübəyə və biliyə malik olmaq(Apache, Tomcat, Nginx və s.)
  • Unix əsaslı platformaların mərkəzləşdirilmiş serverlərin idarə olunması üzrə təcrübəyə və biliyə malik olmaq
  • Saytlararası Replikasiya alətlərinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq(Zerto)
  • Baza serverinin idarə edilməsi üzrə təcrübəyə və biliyə malik olmaq (Postgres,)
  • Server avadanlığının və Məlumat Saxlama Sistemləri üzrə xidmət göstərilməsi və konfiqurasiyası üzrə təcrübəyə malik olmaq.

İş barədə məlumat:

  • İnformasiya texnologiyaları siyasətinin həyata keçirilməsinin təmin edilməsi;
  • İnformasiya texnologiyaları siyasətinə uyğun prosedurların yazılması və dəyişikliklərin sənədləşdirilməsi;
  • İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
  • Şirkətin bütün struktur bölmələrindən gələn texniki sorğulara dəstək göstərilməsi;
  • Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
  • Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlərin təşkil edilməsi və həyata keçirilməsi;
  • İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi.
  • Şirkətin serverlərinin və servislərinin quraşdırılması, idarə edilməsi və sazlanması, monitorinq edilməsi, yenilənməsi, mühafizə edilməsi, sistemlərin bərpa edilməsi, fasiləsiz işləməsini və dayanaqlılığının təmin edilməsi üçün bütün problemlərin aşkar edilməsi və aradan qaldırılması;
  • İT infrastrukturunun dayanıqlığının təmin etmək;
  • Fəaliyyəti ilə əlaqədar hesabatlar, texniki sənədlərin hazırlanması;
  • İnformasiya təhlükəsizliyi prinsiplərini dərk etmək;
  • Serverlərdə işləmək üçün lazım olan əməliyyat sistemlərının və proqram təminatlarının quraşdırması ,nəzərət və idarə edilməsi.
  • Serverlərdə proqram təminatların konfiqurasiyasını həyata keçirilməsi, nəzərət və idarə edilməsi.
  • Server proqram təminatının işlək vəziyyətdə saxlanılması. Baş vermiş hadisələr, nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması.
  • Lokal şəbəkə və poçt serverinin istifadəçilərinin qeydiyyata alınması, identifikatorlar və parolların təyin, nəzərət və iradə edilməsi.
  • Giriş hüquqlarını təyin edilməsi və şəbəkə resurslarının istifadəsinə nəzərət və idarə edilməsi.
  • Məlumatların vaxtında surətinin çıxarılması, arxivləşdirilməsini və ehtiyat nüsxəsini çıxarmasını təmin edilməsi.
  • İstifadəçi və proqram təminatlarında xətalarının müəyyən edilməsi nöqsanlar/qüsurlar və onların müvəqqəti həll edilməsi/aradan qaldırılması üçün tədbirlər görülməsi.
  • Monitorinq işlərı aparılması, infrastrukturun inkişafı üçün təkliflər hazırlamaq və proseslərin optimallaşdırmaq.

Üstünlüklər:

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Müvafiq sertifikatlarin olması arzu olunandır.
  • Əmək haqqı müsahibə zamanı müəyyən edilir.

Müraciət etmək üçün CV formanızı mövzu hissəsinə “System admin” yazaraq mail adresinə göndərə bilərsiniz.

  • Günlük15
  • Həftəlik455
  • Aylıq2178