Namizədə dair tələblər:
- Ali təhsil (İnsan resursları, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə üstünlükdür);
- HR sahəsində minimum 3 il iş təcrübəsi;
- Əmək qanunvericiliyini çox yaxşı bilmək;
- İşə qəbul (recruitment) sahəsində təcrübə;
- Güclü ünsiyyət və liderlik bacarıqları;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- MS Office proqramlarında sərbəst işləmək;
- Azərbaycan dili mükəmməl, ingilis dili biliyi arzuolunandır.
İş barədə məlumat:
- Şirkətin HR strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- İşə qəbul (recruitment) proseslərini idarə etmək və təkmilləşdirmək;
- İşçilərin adaptasiya (onboarding) prosesini təşkil etmək;
- Təlim və inkişaf proqramlarını planlaşdırmaq və həyata keçirmək;
- Əmək müqavilələrinin hazırlanması və idarə olunması;
- Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi;
- İşçi münasibətlərinin (employee relations) idarə olunması;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İşçi məmnuniyyəti və şirkət daxili mədəniyyətin inkişafı üzrə təşəbbüslər.
İş şəraiti:
- İş vaxtı: 5 günlük (istirahət: şənbə və bazar);
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq limiti;
- Ünvan: Babək pr. 2222, “KAAN” şirkəti.
Uyğun namizədlərdən mövzu hissəsində “İnsan Resursları üzrə menecer” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciər etmələrini xahiş edirik.