ERP administrator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ERP administrator

  • Deadline 19 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimiz ERP sistemlərinin idarə edilməsi və müştərilərə texniki dəstəyin göstərilməsi üçün ERP Administrator axtarır.

Vəzifə öhdəlikləri

  • LOGO ERP proqramlarının quraşdırılması, sazlanması və idarə edilməsi;
  • LOGO məhsulları üzrə texniki problemlərin araşdırılması və həlli;
  • Müştərilərə proqram təminatı ilə bağlı operativ dəstəyin göstərilməsi;
  • SQL sorğularının və istifadəçi tələblərinə uyğun hesabatların hazırlanması;
  • ServiceDesk sistemi üzərindən tapşırıqların və müraciətlərin idarə edilməsi;
  • ERP sistemində məlumatların düzgünlüyünə və fasiləsiz işə nəzarət;
  • İstifadəçilərin təlimatlandırılması və dəstəklənməsi;
  • Görülən işlərin və daxil olan müraciətlərin sənədləşdirilməsi.

Namizədə tələblər

  • LOGO və onun məhsulları ilə iş təcrübəsi;
  • SQL üzrə yaxşı səviyyədə bilik;
  • Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;
  • ERP sistemlərinin iş prinsipləri haqqında bilik;
  • Müştərilərlə düzgün ünsiyyət və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
  • Bakı şəhərində yaşamaq;
  • Kişi namizədlər üçün hərbi xidmətlə bağlı məhdudiyyətin olmaması.
  • ServiceDesk üzərindən tapşırıqların idarə edilməsi təcrübəsinə və Linux əməliyyat sistemi üzrə biliklərə sahib namizədlərə üstünlük veriləcək.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: həftədə 5 gün, saat 08:00-dan 17:00-dək;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Mehriban və dinamik iş mühiti.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ERP Administrator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily46
  • Weekly511
  • Monthly1688