Şirkətimiz ERP sistemlərinin idarə edilməsi və müştərilərə texniki dəstəyin göstərilməsi üçün ERP Administrator axtarır.
Vəzifə öhdəlikləri
- LOGO ERP proqramlarının quraşdırılması, sazlanması və idarə edilməsi;
- LOGO məhsulları üzrə texniki problemlərin araşdırılması və həlli;
- Müştərilərə proqram təminatı ilə bağlı operativ dəstəyin göstərilməsi;
- SQL sorğularının və istifadəçi tələblərinə uyğun hesabatların hazırlanması;
- ServiceDesk sistemi üzərindən tapşırıqların və müraciətlərin idarə edilməsi;
- ERP sistemində məlumatların düzgünlüyünə və fasiləsiz işə nəzarət;
- İstifadəçilərin təlimatlandırılması və dəstəklənməsi;
- Görülən işlərin və daxil olan müraciətlərin sənədləşdirilməsi.
Namizədə tələblər
- LOGO və onun məhsulları ilə iş təcrübəsi;
- SQL üzrə yaxşı səviyyədə bilik;
- Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;
- ERP sistemlərinin iş prinsipləri haqqında bilik;
- Müştərilərlə düzgün ünsiyyət və problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
- Bakı şəhərində yaşamaq;
- Kişi namizədlər üçün hərbi xidmətlə bağlı məhdudiyyətin olmaması.
- ServiceDesk üzərindən tapşırıqların idarə edilməsi təcrübəsinə və Linux əməliyyat sistemi üzrə biliklərə sahib namizədlərə üstünlük veriləcək.
İş şəraiti
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: həftədə 5 gün, saat 08:00-dan 17:00-dək;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
- Peşəkar inkişaf və təlim imkanları;
- Mehriban və dinamik iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ERP Administrator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.