Lüks xidmət və ya gözəllik sahəsində təcrübəsi olan, sistemli düşünən, təşəbbüskar və məsuliyyətli biri.
Tabelik: Birbaşa Təsisçiyə / Kreativ Direktora (Kamilla Sadig)
Vəzifənin Məqsədi:
Studiyanın və brendin daxili iş axınını sistemləşdirmək, komandalar arasında nizam-intizamı təmin etmək, tapşırıqların icrasına nəzarət etmək və təlim proseslərini təşkil etməklə Kamilla Sadig brendinin davamlı inkişafını təmin etmək.
Əsas Funksiyalar və Öhdəliklər:
Əməliyyat idarəçiliyi və sistem qurulması
- Gündəlik iş axınlarının qurulması və sənədləşdirilməsi
- Hər bir şöbə üçün standart prosedurlar (SOP) hazırlamaq
- Daxili kontrol sistemləri qurmaq və onların tətbiqinə nəzarət etmək
- Tapşırıqların sistemləşdirilməsi və prioritetləşdirilməsi
Komanda və insan resursları
- Bütün əməkdaşların fəaliyyətinə nəzarət:
- Reception, administrator, SMM menecer, dizayner, kontent yaradıcısı və s.
- Tapşırıqların düzgün şəkildə icra olunub-olunmadığını izləmək
- İşçilərin iş rejiminə, nizam-intizamına nəzarət
- Performans dəyərləndirmə sistemləri qurmaq
- Yeni işçilərin onboard edilməsi və adaptasiyasına dəstək
Təlimlərin və inkişaf proqramlarının təşkili
- Tələbə uyğun təlim planları tərtib etmək
- Kamilla Sadig tərəfindən keçiriləcək təlimlərin təşkili (vaxt, proqram, qeydiyyat)
- Daxili seminarlar, təcrübə günləri, qiymətləndirmələr və inkişaf proseslərini idarə etmək
- Təlimlər üçün lazımi resursları təmin etmək (slaydlar, materiallar, texniki dəstək)
Təşkilati və logistika işləri
- Brendin reklam və çəkiliş proseslərini təşkil etmək:
- Çəkiliş günləri, vizual planlama, komanda koordinasiyası
- Event, təqdimat və digər kampaniyaların təşkilində iştirak
- Brend daxilində hər hansı tədbir və kampaniyanın koordinasiyası
Nəzarət və hesabat
- Tapşırıqların icra vaxtı və keyfiyyəti ilə bağlı gündəlik və ya həftəlik hesabat təqdim etmək
- Problemli sahələri müəyyən edib həll yolları təklif etmək
- Kamillaya vaxta qənaət etməklə yaradıcı proseslərə fokuslanmasına şərait yaratmaq
İdeal Namizədin Profili:
- Əvvəl retail, beauty, klinika və ya xidmət sahəsində COO və ya əməliyyat meneceri kimi 3+ il təcrübəsi
- Komanda idarəçiliyi və sistem qurmaq bacarığı
- Yüksək təşkilatçılıq qabiliyyəti, detallara diqqət
- Estetikaya hörmət, vizual zövq və brend ruhunu anlam
- Müasir idarəetmə alətləri ilə işləmə bacarığı (Notion, Trello, Google Drive, WhatsApp Web, CRM sistemləri və s.)
Portfoliyaya daxil olmalıdır:
- Əvvəlki rəhbərlik etdiyi komandalar və layihələr
- Qurduğu sistemlərə dair nümunələr
- Təlim və ya tədbir təşkilatçılığına dair keçmiş təcrübələr
- Rəqəmlərlə və ya vizual nümunələrlə nəticə göstəriciləri
Maaş: 1500 Azn +
Müraciət üçün: CV və varsa, portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: +994 55 201 14 20 (whatsapp)