Vəzifələr:
Prosedur zamanı Kamilla xanıma assistentlik:
- Qəbuldan əvvəl iş yerinin hazırlanması
- Alətlərin steril şəkildə düzülüşü
- Hər müştəridən sonra sərfiyyat materiallarının toplanması və utilizasiyası
- Səthlərin dezinfeksiyası
- Kabinetdə daim təmizliyin qorunması
Sterilliyə nəzarət:
- Avtoklavın işə salınması və sterilizasiyanın nəzarətdə saxlanılması
- Alətlərin protokola uyğun saxlanılması
- Zəruri hallarda sterilizasiya jurnallarının aparılması
Müştəri ilə ilkin ünsiyyət:
- Müştərilərin suallarını və müraciətlərini cavablandırmaq (baxım, tövsiyələr və s.)
- Rahat və estetik atmosferin qorunmasına riayət etmək
Tələblər:
- 25-35 yaş arası Xanım namizədlərə üstünlük veriləcəkdir
- Tibb və ya əlaqəli sahədə təhsil (tibb bacısı, əczaçı, biolog)
- Namizədin əvvəlcədən klinika və ya tibbi müəssisədə iş təcrübəsinin olması mütləqdir*
- Estetik görünüş, səliqə və nəzakət
- Zərurət yarandıqda komandanın iş prosesinə qoşulmaq və dəstək göstərmək
- Sterilliyə nəzarət etmək, baza aparmaq, müştəri qəbul etmək bacarığı
- Azərbaycan və rus dili biliyi olanlara üstünlük veriləcək
İş şəraiti:
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı təcrübənizə əsasən təyin olunacaqdır.
- Məkan: Kamilla Sadig -Luxury Piercing & Fine Jewelry.
- Ağ şəhər, Yaşıl Ada 2.
Əgər siz də enerjili, məqsədyönlü və müştəri məmnuniyyətinə önəm verən bir mütəxəssisinizsə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına və ya 0509799627 (WhatsApp nömrəsinə) göndərərək komandamıza qoşula bilərsiniz.
Birlikdə yeni uğurlara imza ataq!