Öhdəliklər:
- Bazar və likvidlik risklərinin idarə edilməsi siyasətinin və daxili prosedurların formalaşdırılması, yenilənməsi və tətbiqinə rəhbərlik etmək;
- Bazar risk modellərinin (statistik modellər, həssaslıq və ssenari təhlilləri, stress testlər və s.) hazırlanmasına və inkişafına nəzarət etmək;
- Pul bazarı, istiqrazlar, kapital bazarı və törəmə alətlər üzrə risk limitlərinin monitorinqi və limit intizamının təmin edilməsi;
- Bankın valyuta və faiz dərəcəsi riskləri üzrə hedcinq strategiyasının metodoloji çərçivəsinə dəstək və nəzarət;
- Bazar riskləri üzrə daxili hesabatlığın təşkili – vaxtında, dəqiq və tam məlumatların təqdim olunmasına cavabdehlik;
- Risklərin azaldılması məqsədilə daxili proses və prosedurların təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi;
- Mövcud və potensial investisiya portfelləri üzrə stress testlərin, ssenari analizlərinin və müxtəlif bazar araşdırmalarının aparılması;
- Əsas risk indikatorlarının (KRI) monitorinqi və erkən xəbərdarlıq sisteminin qurulması və idarə edilməsi;
- Bazar və likvidlik riski üzrə layihələrin rəhbərliyi, koordinasiyası və icrasına nəzarət;
- Şöbənin gündəlik fəaliyyətinin prosedurlara uyğun aparılması və nəzarətin təmin edilməsi;
- Tabeliyində olan əməkdaşların inkişafı, mentorluğu və davamlı peşəkar hazırlığının təmin edilməsi.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Statistika və ya müvafiq sahə üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
- Bazar riskləri, likvidlik riski və ya treyder əməliyyatlarının idarə edilməsi sahəsində minimum 5–7 il iş təcrübəsi, minimum 2 il idarəetmə təcrübəsi mütləqdir;
- FRM sertifikatlarına sahib olmaq üstünlükdür;
- İngilis dili – əla səviyyədə (yazılı və şifahi), əlavə dillər üstünlükdür;
- Microsoft Office (xüsusilə Excel – advanced səviyyədə), risk sistemləri, risk modelleri üçün istifadə olunan proqramlar (R, Python) üzrə biliklərin olması üstünlükdür;
- Maliyyə məhsulları üzrə biliklər: Pul bazarı alətləri, istiqrazlar, törəmə alətlər (fyuçers, opsion, swap), kapital bazarı məhsulları və qiymətli kağızlar üzrə dərin biliklər;
- Risk modelləri üzrə biliklər: VaR, stress test, ssenari analizi, duration, gap analizi, NII və EVE risk ölçmələri üzrə anlayış və praktiki tətbiq bilikləri;
- Beynəlxalq və yerli maliyyə bazarlarının strukturu, bazar mexanizmləri, faiz və valyuta dinamikaları, makroiqtisadi göstəricilər və monetar siyasət təsirləri barədə yüksək səviyyədə məlumatlılıq;
- Güclü analitik düşüncə qabiliyyəti, riyazi modellərə əsaslanan qərarvermə, risk məlumatlarının interpretasiyası;
- Komanda idarəetməsi, tapşırıqların bölüşdürülməsi, performansın qiymətləndirilməsi, motivasiya və inkişaf etdirmə bacarıqları;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rəhbərliyə analitik hesabatların təqdim edilməsi bacarığı;
- Çoxsaylı layihələrin paralel şəkildə idarə olunması və prioritetləşdirilməsi bacarığı.
Təklif olunanlar:
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.