Kapital Bank Kapital Bank
  • 228
Kapital Bank

Kapital Bank

Banks , Financial services

Bazar və likvidlik risklərinin idarə edilməsi şöbəsinin müdiri

  • Истекает 10 январь 2026

Öhdəliklər:

  • Bazar və likvidlik risklərinin idarə edilməsi siyasətinin və daxili prosedurların formalaşdırılması, yenilənməsi və tətbiqinə rəhbərlik etmək;
  • Bazar risk modellərinin (statistik modellər, həssaslıq və ssenari təhlilləri, stress testlər və s.) hazırlanmasına və inkişafına nəzarət etmək;
  • Pul bazarı, istiqrazlar, kapital bazarı və törəmə alətlər üzrə risk limitlərinin monitorinqi və limit intizamının təmin edilməsi;
  • Bankın valyuta və faiz dərəcəsi riskləri üzrə hedcinq strategiyasının metodoloji çərçivəsinə dəstək və nəzarət;
  • Bazar riskləri üzrə daxili hesabatlığın təşkili – vaxtında, dəqiq və tam məlumatların təqdim olunmasına cavabdehlik;
  • Risklərin azaldılması məqsədilə daxili proses və prosedurların təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi;
  • Mövcud və potensial investisiya portfelləri üzrə stress testlərin, ssenari analizlərinin və müxtəlif bazar araşdırmalarının aparılması;
  • Əsas risk indikatorlarının (KRI) monitorinqi və erkən xəbərdarlıq sisteminin qurulması və idarə edilməsi;
  • Bazar və likvidlik riski üzrə layihələrin rəhbərliyi, koordinasiyası və icrasına nəzarət;
  • Şöbənin gündəlik fəaliyyətinin prosedurlara uyğun aparılması və nəzarətin təmin edilməsi;
  • Tabeliyində olan əməkdaşların inkişafı, mentorluğu və davamlı peşəkar hazırlığının təmin edilməsi.

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Statistika və ya müvafiq sahə üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
  • Bazar riskləri, likvidlik riski və ya treyder əməliyyatlarının idarə edilməsi sahəsində minimum 5–7 il iş təcrübəsi, minimum 2 il idarəetmə təcrübəsi mütləqdir;
  • FRM sertifikatlarına sahib olmaq üstünlükdür;
  • İngilis dili – əla səviyyədə (yazılı və şifahi), əlavə dillər üstünlükdür;
  • Microsoft Office (xüsusilə Excel – advanced səviyyədə), risk sistemləri, risk modelleri üçün istifadə olunan proqramlar (R, Python) üzrə biliklərin olması üstünlükdür;
  • Maliyyə məhsulları üzrə biliklər: Pul bazarı alətləri, istiqrazlar, törəmə alətlər (fyuçers, opsion, swap), kapital bazarı məhsulları və qiymətli kağızlar üzrə dərin biliklər;
  • Risk modelləri üzrə biliklər: VaR, stress test, ssenari analizi, duration, gap analizi, NII və EVE risk ölçmələri üzrə anlayış və praktiki tətbiq bilikləri;
  • Beynəlxalq və yerli maliyyə bazarlarının strukturu, bazar mexanizmləri, faiz və valyuta dinamikaları, makroiqtisadi göstəricilər və monetar siyasət təsirləri barədə yüksək səviyyədə məlumatlılıq;
  • Güclü analitik düşüncə qabiliyyəti, riyazi modellərə əsaslanan qərarvermə, risk məlumatlarının interpretasiyası;
  • Komanda idarəetməsi, tapşırıqların bölüşdürülməsi, performansın qiymətləndirilməsi, motivasiya və inkişaf etdirmə bacarıqları;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, rəhbərliyə analitik hesabatların təqdim edilməsi bacarığı;
  • Çoxsaylı layihələrin paralel şəkildə idarə olunması və prioritetləşdirilməsi bacarığı.

Təklif olunanlar:

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily57
  • Weekly368
  • Monthly1547