Vakansiya haqqında
- Buraxılış və rejim qaydalarına nəzarət edən, qonaq və əməkdaşların giriş-çıxışını idarə edən, təhlükəsizliyi təmin edən və fövqəladə hallarda operativ reaksiya verən məsuliyyətli namizəd axtarırıq.
Tələblər
- Ali təhsil
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Detallara qarşı diqqətli olmaq
- Yüksək səviyyədə Azərbaycan dili və rus dili
- Komandada işləmə bacarığı
Öhdəliklər
- Buraxılış və rejim məsələləri üzrə qüvvədə olan bankdaxili normativ aktların tələblərinə riayət olunmasına nəzarət etmək
- Qonaqların binaya daxil olmasına nəzarət etmək və yoxlanışını həyata keçirmək
- VİP statuslu qonaqları müvafiq mərtəbələrdə müşayiət etmək
- Əməkdaşların giriş kartlarından düzgün istifadə etməsinə nəzarət etmək
- Buraxılış və rejim işinin təkmilləşdirilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək
- Ofisə gətirilən və aparılan qiymətlilərə və yüklərə nəzarət etmək
- Bank rəhbərliyinin və əməkdaşların təhlükəsizliyini təmin etmək
- Fövqəladə hallar zamanı dərhal rəhbərliyə məlumat vermək və təxirəsalınmaz tədbirlər görmək
- Məxfilik qaydalarına riayət etmək
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.