Xaçmaz Filialının Mikro Kreditlər Bölməsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi

Xaçmaz Filialının Mikro Kreditlər Bölməsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi

  • Deadline 16 İyul 2026

Birbankın Xaçmaz filialında Mikro kreditlər bölməsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.

Tələblər

  • Ali təhsil
  • Sahə üzrə ən az 1 il iş təcrübəsi
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi
  • Riyazi hesablama və analitik düşüncə qabiliyyəti
  • Satış bacarığı
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları
  • Məsuliyyətlilik
  • Diqqətlilik

Öhdəliklər

  • Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
  • Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
  • Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
  • Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
  • Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
  • İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
  • Görülmüş işlər üzrə hesabatlar verir.

Təklif olunanlar

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily55
  • Weekly222
  • Monthly1668