Karabakh Group Karabakh Group
  • 233

Karabakh Group

Tikinti

Landşaft işləri üzrə mühəndis-memar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Landşaft işləri üzrə mühəndis-memar

  • Deadline 25 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri

  • Landşaft və abadlıq layihələrinin hazırlanması, tikinti-quraşdırma və bərpa işlərinin layihəyə uyğun və şəhərsalma normalarına əsasən icrasını təmin etmək;
  • Layihələrin hazırlıq mərhələsində müayinə, mühəndis-axtarış, planlaşdırma işlərində və metodologiya, icra üsullarının hazırlanmasında iştirak etmək;
  • Landşaft memarlığı üzrə texniki həllərin işlənməsi, eskizlərin, planların və layihə sənədlərinin hazırlanmasını təmin etmək;
  • Tikinti və ya abadlıq işlərinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, lazım gəldikdə düzəlişlər üzrə müraciət etmək və nəzarət altında saxlamaq;
  • Ərazinin planlaşdırılması, yaşıllaşdırılması, suvarma və istirahət zonalarının qurulması üzrə layihələrin hazırlanması və icrasına nəzarət etmək;
  • Sahə mühəndislərinə və landşaft üzrə ixtisaslaşmış mütəxəssislərə rəhbərlik etmək, tapşırıqları müəyyənləşdirmək, icra prosesinə nəzarət etmək;
  • Podratçı təşkilatların fəaliyyətini əlaqələndirmək, görülmüş işlərin qəbulunu həyata keçirmək;
  • Layihənin texniki və ekoloji standartlara uyğun həyata keçirilməsini təmin etmək;
  • İcra olunan işlərin texniki sənədlərini və hesabatlarını hazırlamaq, vaxt cədvəllərinə və layihə tələblərinə riayət edilməsinə nəzarət etmək;
  • İstifadə olunan materialların, avadanlıqların və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Aşkarlanan qüsurların vaxtında aradan qaldırılmasını təmin etmək, keyfiyyət və icra gecikmələri üzrə preventiv tədbirlər görmək;
  • Tikinti və abadlıq işlərinin mərhələlər üzrə sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Layihələrin uğurla və vaxtında başa çatdırılmasına dair rəhbərliyə hesabatlar təqdim etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri icra etmək.

Namizədə tələblər

  • Ali təhsil: Memarlıq, Landşaft memarlığı, İnşaat mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə;
  • İş təcrübəsi: Landşaft, memarlıq və tikinti sahəsində azı 5-7 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;
  • Tikinti normaları, şəhərsalma qaydaları və layihə idarəçiliyi sahəsində biliklər;
  • Proqram bacarıqları: MS Office, AutoCAD, ArchiCAD və digər dizayn proqramları;
  • Yüksək səviyyədə ünsiyyət, komanda ilə işləmə və layihə idarəetmə bacarıqları;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və layihələri vaxtında və keyfiyyətlə icra etmək bacarığı.

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik mühitdə işləmək imkanı;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
  • İş yeri – Zəngilan rayonu

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily124
  • Weekly499
  • Monthly2333