Əsas vəzifə və öhdəliklər:
- Texniki çertyoj, sxem və istehsalat tapşırıqlarına uyğun qaynaq işlərini icra etmək;
- Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurları aradan qaldırmaq;
- Metal hissələrin ölçülərinə və konstruktiv tələblərə uyğun qaynaq edilməsini təmin etmək;
- Qaynaq aparatları, qaz balonları, elektrodlar, kabellər və digər qaynaq avadanlıqlarından düzgün istifadə etmək;
- Qaynaq işləri zamanı avadanlıqların texniki sazlığını yoxlamaq;
- İstehsalat prosesində istifadə olunan materiallara qənaətlə və təyinatına uyğun yanaşmaq;
- Əsas və yardımçı istehsalat avadanlıqlarının, maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək;
- Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək;
- Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək;
- Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək;
Tələblər:
- Orta-ixtisas təhsili.
- Minimum 3 illik təcrübə.
İş şəraiti:
- 6 günlük iş qrafiki: saat 09:00-17:00;
- Əmək haqqı: 800 AZN;
- İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km. (İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək)
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Qaynaqçı çilingər” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.