Vəzifə öhdəlikləri:
- Müəssisədəki istehsalat avadanlıqlarının işlək vəziyyətdə saxlanmasını təmin etmək.
- Avadanlıqların istismarı, saxlanması və texniki baxışı ilə bağlı gündəlik nəzarət işlərini aparmaq.
- Planlı təmir və texniki xidmət işlərini planlaşdırmaq və icrasını həyata keçirmək.
- Avadanlıqlarda baş verən nasazlıqları təhlil etmək və operativ müdaxilə ilə aradan qaldırmaq.
- İstehsalat proseslərinin fasiləsizliyi üçün ehtiyat hissələrinin vaxtında təmin olunmasını izləmək.
- Yeni avadanlıqların alınması zamanı texniki spesifikasiya hazırlamaq.
- Quraşdırma, sazlama və sınaq proseslərini müşahidə və sənədləşdirməklə aparmaq.
- İstehsalatda mövcud olan avadanlıq parkının texniki reyestrini və istismar jurnalında qeydlər aparmaq.
- Enerji və resurs sərfiyyatına nəzarət etmək və səmərəliliyin artırılması üçün təkliflər vermək.
- Avadanlıqlarla bağlı əmək təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək.
- Təhlükəsizlik qaydalarına riayət etmək, fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək.
Tələblər:
- Ali və ya orta ixtisas texniki təhsili (Mexanika, Maşınqayırma, Elektrotexnika və s.)
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
- İstehsalat və texnoloji proseslər haqqında biliklər
- Avadanlıqların quruluşu, iş prinsipi və nasazlıqların təhlili üzrə təcrübə
- Texniki sənədlərlə işləmə bacarığı
- Komanda ilə işləmə və texniki heyəti yönləndirmə bacarığı
İş şəraiti:
- İş sahəsi: İstehsalat avadanlıqları, mexaniki qurğular, kompressorlar, hidravlik, pnevmatik sistemlər
- İş yeri: Sumqayıt şəhəri, Sumqayıt Sənaye Parkı
- İş rejimi: Növbəli (2 gün iş, 2 gün istirahət)
- Təminatlar: Şirkət tərəfindən nahar,servis və özəl tibbi sığorta
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.