Vəzifə öhdəlikləri:
- Yüklərin təhlükəsiz şəkildə anbarda rəflərə yerləşdirilməsi;
- Məhsulların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi;
- Digər yükləmə işlərinin həyata keçirilməsi;
- İdarə etdiyi texnikanın işə başlamadan öncə texniki təhlükəsizlik qaydalarına əsasən yoxlanması, sazlığına nəzarət;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
- Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.
Namizədlərə tələblər:
- Avtokar üzrə 3 il iş təcrübəsi
- Müvafiq sürücülük vəsiqəsi
- Məsuliyyətli, kollektivdə işləmək və ünsiyyət bacarığı.
İş rejimi:
- İş vaxtı: 08:00 – 20:00 və 20:00-08:00
- İş qrafiki: iş növbəlidir, aya 15 və ya 16 növbə
- Şirkət tərəfindən naharla təmin edilmə
- Sınaq müddətindən sonra özəl tibbi sığorta
- Əmək haqqı 850 AZN GROSS
İş yeri: Sumqayıt (Kimya Sənaye Parkı)
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Avtokar sürücüsü” yazaraq göndərə bilərlər.