Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)
  • 351

Kartaş LTD (Mr.Fix)

Construction Materials

Beton sınaqları üzrə keyfiyyətə nəzarət mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Beton sınaqları üzrə keyfiyyətə nəzarət mütəxəssisi

  • Истекает 14 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Laboratoriyada və sahədə beton və beton komponentləri üzərində fiziki-mexaniki sınaqların (möhkəmlik, sıxılma, axıcılıq və s.) aparılması;
  • Gündəlik sınaq nəticələrinin dəqiq şəkildə qeydiyyatı və müvafiq hesabatların hazırlanması;
  • Sınaqların standartlara (AZS, GOST, EN, ISO və s.) uyğun şəkildə aparılmasına nəzarət;
  • Laboratoriya avadanlıqlarının texniki vəziyyətinə nəzarət və kalibrasiya prosesində iştirak;
  • Uyğunsuzluq halları aşkarlanarsa müvafiq bölmələri məlumatlandırmaq və tədbir görülməsini təmin etmək;
  • Daxili keyfiyyət sistemlərinin tətbiqinə dəstək göstərmək.

Tələblər

  • Müvafiq texniki sahə üzrə ali təhsil (kimya mühəndisliyi, inşaat mühəndisliyi və s.);
  • Beton sınaqları sahəsində minimum 1 il iş təcrübəsi;
  • Tikinti kimyəviləri və sement əsaslı qarışıqlarla işləmə təcrübəsi.
  • Standartlara uyğun sınaq üsullarını bilmək;
  • Avtomatlaşdırılmış laboratoriya sistemlərində iş təcrübəsi;
  • ISO 17025 və ya ISO 9001 üzrə biliklərin olması;
  • Azərbaycan dili - əla səviyyədə, rus - yaxşı səviyyədə bilən namizədlərə üstünlük;
  • MS Excel və digər ofis proqramları ilə işləmə bacarığı.
  • Laboratoriya avadanlıqları ilə işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və texniki sənədlərlə işləmək bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük
  • Şirkət tərəfindən nahar və nəqliyyat ilə təmin edilmə
  • Sınaq müddətindən sonra könüllü tibbi sığorta
  • İş yeri: Sumqayıt Sənaye Parkı

Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Beton sınaqları üzrə keyfiyyətə nəzarət mütəxəssisi” yazaraq göndərə bilərlər.

  • Daily0
  • Weekly338
  • Monthly1493