“Kartaş LTD” MMC-dən gənclər üçün təcrübə qazanma imkanı! İş təcrübəsinə malik olmayan məzunlar və Keyfiyyətə nəzarət şöbəsinə maraq göstərən gənclər üçün təcrübə qazanma, gözəl kollektivdə çalışma və gələcəkdə şirkətin işçisi olma şansı.
Tələblər:
- Logistika, Nəqliyyatın İdarəedilməsi, Mühəndislik və ya müvafiq sahədə yeni məzun olmuş (bakalavr və ya magistr) namizədlər.
- Hərbi xidməti başa vurmuş (və ya hərbi xidmətdən möhlət hüququ olan).
- MS Office proqramlarında (xüsusilə Excel) yaxşı işləmə bacarığı.
- Analitik düşüncə, detallara qarşı diqqət və məsuliyyət hissi.
- Yüksək öyrənmə qabiliyyəti və inkişafa meyilli olmaq.
- Stressə davamlılıq və sürətli qərar qəbul etmə bacarığı.
İş şəraiti:
- İş günləri: Həftədə 6 gün
- Şirkət tərəfindən naharla təmin edilmə
- Təcrübə proqramı ödənişlidir
- Təcrübə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
İş yeri: Binəqədi-Xırdalan şössesi 7
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Dispetçer – təcrübəçi” yazaraq göndərə bilərlər.