Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)
  • 569

Kartaş LTD (Mr.Fix)

Tikinti materialları

Hüquqşünas

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 10 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq; 
  • Problemli müştəri və əməkdaşlarla bağlı məsələlərin hüquqi müştəvidə həllini təmin etmək;
  • Mülki müqavilələrin layihələrinin hazırlanmas;; 
  • Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olmasını yoxlamaq; 
  • Notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
  • Zəruri hallarda Şirkət işçilərinin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan resursları menecerinə köməklik etmək;
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməklik göstərmək;
  • Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədləri hazırlamaq;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurları layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələri ilə razılaşdırmaq, təlimat, qayda və prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • İş və yaşamaq icazələri üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunmasını və müraciətlərin təqib edilməsini həyata keçirmək;
  • Hüquqi xarakterli daxili sənədləri işləyib hazırlamaq;
  • Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi etmək;
  • Potensial müştərilər ilə razılıq və danışıqların bağlanma prosesində istirak etmək (rəhbərlik tərəfindən tələb olunduğu halda);

Namizədə tələblər:

  • Ali hüquq təhsili olmalı;
  • Hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsinə malik olmalı;
  • Mülki, mülki-prosessual, əmək qanunvericiliyini mükkəməl bilməli;
  • Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Hüquqşünas” başlığı altında qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019