Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)
  • 774

Kartaş LTD (Mr.Fix)

Tikinti materialları

İstehsalat üzrə operator

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat üzrə operator

  • Deadline 29 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Gündəlik istehsal olunacaq sifarişlərin avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırılması və istehsal prosesinin başladılması;
  • Texnoloji qurğunun/çənlərin və avadanlıqların işə salınması zamanı reqlamentə uyğun olaraq işləri yerinə yetirilməsi;
  • Qurğunun və avadanlıqların işə buraxılması üçün hazırlanması, işə buraxılması və normal istismarına nəzarət edilməsi;
  • Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında iştirak edilməsi;
  • Növbə ərzində təhkim olunduğu xəttdə xammalın xəttə verilməsindən başlayaraq hazır məhsulun qəbul olunmasına qədər bütün mərhələlərə cavabdeh olmaq;
  • Cavabdeh olduğu sahənin aparat və avadanlıqların işinə vizual olaraq mütəmadi nəzarət edilməsi;
  • İstehsal prosesi zamanı texnoloji qurğuların işləməsinə, istehsal xəttində olan bütün ölçmə vasitələrinin göstəricilərinə nəzarət etmək, hər hansı kənara çıxma olduqda dərhal tabe olduğu rəhbərə məlumatın verilməsi;
  • Növbə ərzində işlədiyi xəttdə makinanın deposunun daim xammalla dolu olmasına, makinanın işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
  • İstehsal olunan məhsula daim vizual baxış edilməsi, hər hansı bir qusur aşkar edildikdə aidiyyatı üzrə məlumatın verilməsi. 

Tələblər:

  • Təhsil: İstehsalat sahəsində ali və ya orta texniki peşə təhsili;
  • Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Bəy namizədlərə üstünlük verilir;
  • Komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • Şirkət tərəfindən naharla təmin edilmə;
  • Sınaq müddətindən sonra özəl tibbi sığorta
  • Sumqayıt şəhəri və ona yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.
  • İş yeri: Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı ərazisi

Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni e-mail ünvanına mövzu yerində “İstehsalat üzrə operator” yazaraq göndərə bilərlər.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019