Sumqayıt və ona yaxın ərazilərdə qalan bəy namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- İstehsalat prosesində istifadə olunan xammal, material və hazır məhsulların uçotunu aparmaq;
- İstehsal olunan məhsulların maya dəyərini hesablamaq və müvafiq sənədləri hazırlamaq;
- Anbar qalığını izləmək və inventarizasiyaya dəstək vermək;
- İstehsalatla bağlı maliyyə əməliyyatlarını mühasibat proqramında qeyd etmək;
- Xərclərin uçotu və istehsal hesabatlarını hazırlamaq;
- Gündəlik və aylıq maliyyə əməliyyatlarının icrası və sənədləşdirilməsi;
- Mühasibat sənədlərinin düzgünlüyünü təmin etmək və arxivləşdirmək;
- Baş mühasibin göstərişi əsasında digər mühasibat əməliyyatlarını yerinə yetirmək.
Tələblər:
- Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
- Mühasibatlıq proqramları (1C, Mikro və s.) ilə işləmək bacarığı.
- MS Office proqramları (xüsusilə Excel) ilə yaxşı işləmək bacarığı.
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı və ünsiyyətqurma qabiliyyəti;
İş şəraiti
- Yer: Sumqayıt Kimya Sənaye Parkı.
- Qrafik: Həftədə 5 gün, 08:00–17:00.
- Təminat: Nahar, sınaq müddətindən sonra tibbi sığorta.
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “İstehsalat üzrə kiçik mühasib” yazaraq göndərə bilərlər.