Vəzifə öhdəlikləri
- Xam maddə, yarımməhsul və hazır məhsul, köməkçi, işlətmə sərf və digər maddələrin kimyəvi-fiziki analizlərini aparılması.
- Xammadə, yarımməhsul, hazır məhsul və istehsalat zamanı sınaqlar üçün nümunələrin alınması;
- Analiz qeydiyyatlarının aparılması və nəticələrin vaxtında məsul şəxslərə bildirilməsi;
- Hazır məhsullarda sınaq nəticələrini standartlarla müqayisə edilməsi və analiz edilməsi;
- Laboratoriyada istifadə olunan məhlul və qarışıqların hazırlanması;
- Müxtəlif metodikalarla araşdırma analizlərini keçirilməsi və nəticələrin müqayisə edilməsi;
- Cihazların vaxtaşırı yoxlanılması və (iş təlimatlarına uyğun) kalibrasiyasının edilməsi;
- Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
Tələblər:
- Kimya mühəndisliyi (ümumi kimya və oxşar sahələr) ixtisası üzrə ali təhsil;
- Tikinti kimyəviləri, inşaat materiallarının istehsalat laboratoriyasında iş təcrübəsi olmalıdır;
- Azərbaycan dili - əla səviyyədə, rus - yaxşı səviyyədə bilən namizədlərə üstünlük;
- Komanda ilə işləmə bacarığı olmalı;
- Laboratoriyada gündəlik işlərin planlaşdırılması və idarə edilməsi bacarıqları;
- Keyfiyyətə təminat sistemləri (İSO 9001, 17025) və onların sertifikatlaşdırılmasına dair bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Sınaqlar üçün ümumi nümunə alma qaydalarını bilməli;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Laboratoriya cihazlarınan istifadə, müntəzəm yoxlama və kalibrasiya bacarıqları;
- Kimyəvi reaktivlərin, maddələrin saxlanma şərtlərini bilməlidir.
İş şəraiti:
- İş qrafiki: növbəli (08:00-20:00 – ayda 15-16 növbə)
- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
- İş yeri: Sumqayıt Sənaye Parkı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.