Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)

Kartaş LTD (Mr.Fix)

Tikinti materialları

Kiçik Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik Hüquqşünas

  • Deadline 25 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
  • Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
  • İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
  • Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
  • İcra şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək.

Tələblər:

  • Hüquq sahəsində ali təhsil;
  • Hərbi xidməti başa vurmuş kişi namizədlər;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (rus və ingilis dili arzu olunandır);
  • MS Office proqramlarında sürətli işləmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Öyrənməyə həvəsli və məsuliyyətli yanaşma;
  • Analitik düşüncə və hüquqi məntiq.

İş şəraiti

  • Yer: Bakı şəhəri, Nərimanov rayonu
  • Qrafik: Həftədə 5 gün, 08:30–17:30
  • Təminat: Nahar, sınaq müddətindən sonra tibbi sığorta.
  • Əmək haqqı: razılaşma əsasında

 Uyğun namizədlər CV-lərini mövzu yerinə “Kiçik Hüquqşünas” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly113
  • Monthly2152