Öhdəliklər:
- Korporativ və topdan satış ilə bağlı əlaqələrin qurulması üçün bazar araşdırılmalarının aparılması və yeni əməkdaşlıqların qurulması;
- Müştərilərin tələblərinə əsasən təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
- Korporativ və topdan satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
- Daxil olan sorğuları vaxtında və dəqiq cavablandırlması;
- Müştərilərə şirkət məhsulları və xidmətləti ilə tanış etdirilməsi;
- Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması;
- Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadəsi;
- Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün işlərin görülməsi;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və mümkün təkliflərin vaxtında təqdim olunması;
- Ödənişlərin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumatın verilməsi və ödənişlərin yığılması;
- Sifarişlərin çatdırılma prosesinin nəzarətdə saxlanılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Potensial müştərilər ilə görüşlərin keçirilməsi, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb edilməsi.
Tələblər:
- Ali təhsil (İnşaat mühəndisi və ya Kimya mühəndisi arzu ediləndir);
- İnşaat və tikinti materialları satışı sahəsində minimum 2 illik iş təcrübəsi;
- Korporativ satış üzrə minimum 2 il təcrübə
- B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
- Azərbaycan dili yüksək səviyyədə bilmək, türk, rus və ingilis dilləri arzu olunandır;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- MS Office proqramlarının biliyi (Word, Excel)
İş şəraiti:
- İş vaxtları: Bazar ertəsi – Şənbə
- İş yeri: Bakı şəhəri
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun qeydiyyat
- Məhsul və xidmətlər haqqında təlimlər
- Özəl tibbi sığorta
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Korporativ satış təmsilçisi”sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.