Vəzifə öhdəlikləri
- Texniki məhsul portfeli üçün rəqəmsal və ənənəvi marketinq strategiyalarının hazırlanması və icrası
- Rəqəmsal kampaniyaların təşkili və idarə olunması
- Ticarət sərgiləri, seminarlar, diller görüşləri kimi tədbirlərin təşkili
- Promo kampaniyaların təşkili, monitorinqi və nəticələrinin təhlili
- Texniki təqdimatlar, məhsul kataloqları, tətbiq təlimatları və promo materialların hazırlanması
- Rəqabət təhlili və bazar araşdırmalarının aparılması
- Diller mərkəzlərində və satış nöqtələrində məhsulların düzgün təqdimatı və sərgi sistemlərinin optimallaşdırılması (rəflər, demo stendlər, texniki etiketlər)
- Brend standartlarının tətbiqi (vitrin dizaynı, promo materiallar, vizual nişanlar)
- Satış nöqtələrinə vaxtaşırı səfərlər edərək nəzarət və monitorinq
- Diller komandalarına məhsul təqdimatı və təlimlərin keçirilməsi
- Tədbirlərdə məhsul demo zonalarının dizayn və təşkilatı
Namizədə tələblər:
- Ali təhsil: Marketinq və ya əlaqəli sahələr üzrə
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi (xüsusilə B2B və rəqəmsal marketinq sahəsində üstünlük verilir)
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – texniki sənədləri başa düşəcək səviyyədə, Rus dili – üstünlükdür
- Texniki məzmunlarla işləmək bacarığı (kataloq, təqdimat, tətbiq təlimatı hazırlamaq)
- Kompüter və proqram bilikləri:
- CRM sistemləri
- Aktiv və məsuliyyətli yanaşma
- Yaxşı ünsiyyət və təqdimat bacarığı
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (Bazar ertəsi - Cümə).
- Şirkət tərəfindən naharla təmin edilmə
- Sınaq müddətindən sonra özəl tibbi sığorta
- İş yeri: Xətai prospekti 43 A
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Marketinq üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.