Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)
  • 454

Kartaş LTD (Mr.Fix)

Tikinti materialları

Mexanik-texnik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik-texnik

  • Deadline 16 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas Vəzifə Öhdəlikləri:

  • İsitmə, soyutma, nasos və havalandırma sistemlərinin gündəlik iş rejiminə uyğun idarə olunması.
  • Avadanlıqların işə salınması, dayandırılması və tənzimlənməsi üzrə əməliyyatların icrası.
  • Avadanlıqların göstəricilərinə (temperatur, təzyiq, hava axını və s.) daimi nəzarət.
  • Qrafik üzrə profilaktik baxış və texniki xidmətlərin aparılmasında iştirak.
  • Nasazlıqların ilkin diaqnostikası və texniki qrupa məlumat vermək.
  • Avadanlıqların istismar jurnalını (temperatur, təzyiq, zaman, işə salma/söndürmə və s.) doldurmaq.
  • İstilik sistemlərinin antifriz və ya digər istilik daşıyıcısı ilə doldurulması və səviyyəyə nəzarət.
  • Nasosların, ventilyatorların və kompressorların vibrasiya və səslərinə qulaq asaraq nasazlıq ehtimallarını müəyyən etmək.
  • Avadanlıqların təhlükəsiz və qənaətli rejimdə işləməsini təmin etmək.
  • Fövqəladə hallarda (təzyiq artımı, nasazlıq, sızma və s.) dərhal tədbir görmək və məsul şəxslərə məlumat vermək.
  • Təhlükəsizlik qaydalarına riayət etmək, fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Orta ixtisas texniki təhsili (Mexanika, Maşınqayırma, Elektrotexnika və s.)
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi
  • İsitmə, soyutma və havalandırma sistemlərinin iş prinsipi.
  • Avtomatik idarəetmə və tənzimləyici avadanlıqların əsasları.
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları.
  • Texniki istismar üzrə sənədlərin tərtibat qaydaları.
  • Elektrik və mexaniki avadanlıqların əsas iş prinsipləri.
  • Komanda ilə işləmə və texniki heyəti yönləndirmə bacarığı

İş şəraiti:

  • İş yeri - Sumqayıt, Kimya Sənaye Parkı
  • İş vaxtı - Növbəli: 2 gün iş(08:00-20:00), 2 gün istirahət
  • Şirkət tərəfindən yemək və özəl tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily140
  • Weekly503
  • Monthly2376