Tələblər:
- Ali təhsil (Maliyyə, mühasibat və ya əlaqədar sahələr üzrə);
- Mühasib vəzifəsində 2 ildən artıq iş təcrübəsi;
- Milli və beynəlxalq mühasibat standartları üzrə biliklər (IFRS və ya PMS sertifikatı arzuolunandır);
- Mühasibatlıq proqramlarında iş təcrübəsi;
- Vergi qanunvericiliyini bilmək;
- Yüksək analitik düşüncə və problem həll etmə bacarığı.
- Sumqayıt və onun ətrafı ərazilərdə qalan namizədlər müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
- İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotuna nəzarət
- Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq.
- İstehsalat bölməsi ilə sıx əməkdaşlıq edərək istehsal olunan məhsulların maya dəyərini hesablamaq.
- İstehsalat prosesində hər bir məhsulların maya dəyərinin hesablanmasını təmin etmək.
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
- İstehsalat üzrə mühasibat əməliyyatlarının aparılması
- İstehsal prosesini analiz etmək
İş şəraiti:
- 5 günlük iş həftəsi, 08:30–17:30 iş saatları;
- Şirkət tərəfindən naharla təmin olunma
- Özəl tibbi sığorta
- Peşəkar inkişaf üçün təlim və sertifikatlaşma imkanları.
- İş yeri: Sumqayıt
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "Mühasib" qeyd olunmalıdır.