Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)
  • 862

Kartaş LTD (Mr.Fix)

Tikinti materialları

Mühasib-operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib-operator

  • Deadline 17 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sumqayıt və ətraf ərazilərdə qalan namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin (qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktları və s.) tərtib edilməsi və emalı.
  • Bank əməliyyatlarının (ödəniş tapşırıqları, bank çıxarışları və s.) hazırlanması və mühasibat proqramında əks etdirilməsi.
  • Kassa əməliyyatlarının aparılması və kassa hesabatlarının hazırlanması.
  • Debitor və kreditor hesablaşmalarına nəzarət.
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi.
  • Rəhbərliyin digər mühasibatlıqla bağlı tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Mühasibatlıq üzrə ali və ya orta ixtisas təhsili.
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (arzuolunandır).
  • Mühasibatlıq proqramları (1C, Mikro və s.) ilə işləmək bacarığı.
  • MS Office proqramları (xüsusilə Excel) ilə yaxşı işləmək bacarığı.
  • Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət.
  • Komandada işləmək bacarığı.
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.

İş Şəraiti

  • Yer: Sumqayıt Kimya Sənaye Parkı.
  • Qrafik: Həftədə 5 gün, 08:00–17:00.
  • Təminat: Nahar, sınaq müddətindən sonra tibbi sığorta.

Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Mühasib-operator” yazaraq göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1547