Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)
  • 331

Kartaş LTD (Mr.Fix)

Construction Materials

Növbə rəisi (İstehsalat üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Növbə rəisi (İstehsalat üzrə)

  • Deadline 21 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək;
  • Avadanlığın fasiləsiz olaraq tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları, həmçinin yetərli sayda işçi ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirmək;
  • Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparmaq;
  • Növbənin təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirmək;
  • Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
  • İstehsalat sahasənin təmiz və təhlükəsiz şəkildə istifadə olunmağını təmin etmək;
  • Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil - Kimya mühəndisliyi
  • İstehsalatda ən az 3 illik təcrübə
  • MS Office komputer proqramı üzrə bacarıqları
  • Təhlükəsizlik standartlarına riayət etmək
  • Analitik düşünmə bacarığı
  • İşi planlaşdırmaq və təşkil etmək;
  • Statistik məlumatların təhlili etmək;
  • Hesabat vermək və təqdimat etmək;
  • Riskləri proqnozlaşdırmaq;

İş şəraiti:

  • İş qrafiki: növbəli (08:30-20:30 – ayda 15-16 növbə)
  • Gündə 2 dəfə yemək
  • Özəl tibbi sığorta
  • İş yeri: Sumqayıt Sənaye Parkı

Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Növbə rəisi” yazaraq göndərə bilərlər.

  • Daily100
  • Weekly463
  • Monthly2172