İş barədə məlumat:
- Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək;
- Avadanlığın fasiləsiz olaraq tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları, həmçinin yetərli sayda işçi ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirmək;
- Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparmaq;
- Növbənin təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirmək;
- Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
- İstehsalat sahasənin təmiz və təhlükəsiz şəkildə istifadə olunmağını təmin etmək;
- Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq.
Vəzifəyə dair tələblər:
- Ali təhsil - Kimya mühəndisliyi
- İstehsalatda ən az 3 illik təcrübə
- MS Office komputer proqramı üzrə bacarıqları
- Təhlükəsizlik standartlarına riayət etmək
- Analitik düşünmə bacarığı
- İşi planlaşdırmaq və təşkil etmək;
- Statistik məlumatların təhlili etmək;
- Hesabat vermək və təqdimat etmək;
- Riskləri proqnozlaşdırmaq;
İş şəraiti:
- İş qrafiki: növbəli (08:30-20:30 – ayda 15-16 növbə)
- Gündə 2 dəfə yemək
- Özəl tibbi sığorta
- İş yeri: Sumqayıt Sənaye Parkı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Növbə rəisi” yazaraq göndərə bilərlər.