Xanım namizədlərə üstünlük verilir.
Vəzifə Öhdəlikləri:
- Ofisə gələn qonaqları və müştəriləri səmimiyyətlə qarşılamaq və müvafiq şəxslərə yönləndirmək.
- Daxil olan zəngləri, elektron məktubları və digər yazışmaları peşəkar şəkildə idarə etmək.
- Görüşlərin və iclasların təşkilində dəstək göstərmək, otaqların bron edilməsi.
- Kargüzarlıq işlərini, o cümlədən daxil olan/çıxan sənədlərin qeydiyyatını və paylanmasını təmin etmək.
- Ofis ləvazimatlarının və digər zəruri materialların sifarişini idarə etmək.
- Rəhbərliyin verdiyi digər inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı (yazılı və şifahi). Rus və İngilis dilləri biliyi əlavə üstünlükdür.
- MS Office proqramlarında (Word, Excel, Outlook) yüksək səviyyədə işləmə bacarığı.
- Sumqayıt və ətraf ərazilərdə qalan namizədlərə üstünlük verilir.
- Gülərüz, pozitiv və məsuliyyətli olmaq.
- Təşkilatçılıq və çoxşaxəli işləri idarə etmə bacarığı.
- Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları.
İş şəraiti:
- Yer: Sumqayıt Kimya Sənaye Parkı
- Qrafik: Həftədə 5 gün, 08:30–17:30.
- Təminat: Nahar, sınaq müddətindən sonra tibbi sığorta.
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Qeydiyyatçı-Resepşn” yazaraq göndərə bilərlər.