Kartaş LTD (Mr.Fix) Kartaş LTD (Mr.Fix)
  • 344

Kartaş LTD (Mr.Fix)

Tikinti materialları

Xarici təchizat üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xarici təchizat üzrə mütəxəssis

  • Deadline 20 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizin komandası üçün Xarici satınalma üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:

  • Təchizatçıların axtarışı: Beynəlxalq bazarın monitorinqi, təchizatçıların kvalifikasiya üzrə qiymətləndirilməsi, qiymət təkliflərinin (price list) alınması
  • Danışıqlar: Ən əlverişli qiymət və şərtlərin əldə edilməsi məqsədilə xarici dillərdə işgüzar yazışmaların və danışıqların aparılması
  • Sənəd dövriyyəsi: Müqavilələrin bağlanması, spesifikasiyaların, invoysların və nəqliyyat sənədlərinin hazırlanması
  • Logistika və gömrük: Daşımaların təşkili, icra müddətlərinə nəzarət, gömrük brokerləri ilə qarşılıqlı əməkdaşlıq

Namizədə tələblər:

  • Dillər: İngilis və rus dillərini sərbəst bilmək (şifahi və yazılı)
  • İş təcrübəsi: Analoji vəzifədə ən azı 3 il iş təcrübəsi
  • Bacarıqlar: ERP sistemləri ilə işləmək bacarığı (məsələn, 1C)
  • Analitik düşünmə, aktiv dinləmə və tənqidi düşünmə bacarıqları

Biz təklif edirik:

  • Stabil şirkətdə iş
  • Rəsmi əmək müqaviləsi
  • 1500-2000 azn (nett) əmək haqqı
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Mehriban və dəstəkləyici iş mühiti

Müraciət üçün: CV-nizi mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily123
  • Weekly123
  • Monthly1832