Karvan - L Karvan - L
  • 255

Konstruksiya Mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Konstruksiya Mühəndisi

  • Истекает 17 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Karvan L MMC konstruksiya üzrə təcrübəli mühəndis axtarır.

Vəzifə öhdəlikləri:

  • Metal konstruksiya layihələrinin hazırlanması və təkmilləşdirilməsi
  • Konstruksiyaların statik və dinamik hesablamalarının aparılması
  • Texniki cizgilərin hazırlanması və AutoCAD proqramında işlənməsi
  • Layihə sənədlərinin (çertyoj, spesifikasiya və s.) hazırlanması
  • İstehsalat və montaj proseslərinə texniki nəzarətin həyata keçirilməsi
  • Sahədə ölçü götürülməsi və texniki baxışların keçirilməsi
  • Layihə üzrə materialların düzgün seçilməsinə nəzarət
  • İş prosesində yaranan texniki problemlərin operativ həlli
  • Təhlükəsizlik qaydalarına və standartlara uyğunluğun təmin edilməsi

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi və ya metal konstruksiyalar üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 2-5 il iş təcrübəsi
  • AutoCAD, (üstünlük: Tekla Structures, SolidWorks və s.) proqramlarını bilməli
  • Texniki cizgiləri sərbəst oxuma və hazırlama bacarığı
  • Konstruksiya hesablamaları üzrə biliklər
  • Azərbaycan dili sərbəst, rus dili arzuolunandır
  • Komandada işləmə və analitik düşünmə qabiliyyəti
  • Məsuliyyətli, dəqiq və operativ işləmə bacarığı

Üstünlüklər:

  • Sənaye və istehsalat sahəsində təcrübə
  • Böyükhəcmli layihələrdə iştirak etmiş namizədlərə üstünlük verilir
  • Normativ sənədlərlə işləmə bacarığı

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş rejimi (6-cı gün qısa iş günü – saat 13:00-dək)
  • Əmək haqqı: namizədin bilik və bacarığına uyğun müsahibə əsasında təyin olunur
  • İş yeri: Bakı şəhəri, Nobel prospekti
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanı
  • Stabil və uzunmüddətli iş imkanı

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Konstruksiya mühəndisi” qeyd olunması xahiş olunur.

  • Daily0
  • Weekly475
  • Monthly1605