İş şəraiti
- İş yeri: Ağstafa rayonu
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 1000 AZN
Karvan L Eko şirkəti torpaq nümunələrinin analizi və XRF spektrometr cihazı ilə işləmək üzrə təcrübəli əməkdaş axtarır.
Əsas vəzifələr
- XRF spektrometr cihazı ilə torpaq analizlərinin aparılması;
- Torpaq nümunələrinin götürülməsi və analiz üçün hazırlanması;
- Torpaq nümunələrinin laboratoriya şəraitində hazırlanması və analiz edilməsi;
- XRF cihazının düzgün istifadəsi və işə hazırlanması;
- Analiz nəticələrinin qeydiyyatı və ilkin qiymətləndirilməsi;
- Analiz nəticələri üzrə məlumatların və hesabatların hazırlanması;
- Laboratoriya və əməyin mühafizəsi qaydalarına riayət edilməsi.
Namizədə tələblər
- XRF spektrometr cihazı ilə praktiki işləmə bacarığı mütləqdir;
- Torpaq nümunələri ilə işləmə bacarığı;
- Torpaq analizi sahəsində iş təcrübəsi;
- Laboratoriya avadanlıqlarından istifadə bacarığı;
- Diqqətli, məsuliyyətli və dəqiq işləmək;
- Komandada işləmək bacarığı.
Kimya, geologiya, torpaqşünaslıq, aqronomluq və ya əlaqəli sahələr üzrə təhsil və iş təcrübəsi üstünlük hesab olunur.
İş yeri və üstünlük
- İş yeri Ağstafa rayonudur. Ağstafa və yaxın bölgələrdə yaşayan namizədlərə üstünlük veriləcək.
- Qazax, Tovuz və ətraf rayonlardan olan namizədlərin müraciət etməsi arzuolunandır.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən e-mailin mövzu (Subject) hissəsində: “Torpaq Analizi üzrə Mütəxəssis” qeyd etməlidirlər.
Yalnız XRF spektrometr cihazı ilə praktiki iş təcrübəsi və torpaq analizi üzrə uyğun bacarıqları olan namizədlərin müraciət etməsi xahiş olunur.