Torpaq Analizi üzrə Mütəxəssis / XRF Spektrometr Operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Torpaq Analizi üzrə Mütəxəssis / XRF Spektrometr Operatoru

  • Deadline 24 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Ağstafa rayonu
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 1000 AZN

Karvan L Eko şirkəti torpaq nümunələrinin analizi və XRF spektrometr cihazı ilə işləmək üzrə təcrübəli əməkdaş axtarır.

Əsas vəzifələr

  • XRF spektrometr cihazı ilə torpaq analizlərinin aparılması;
  • Torpaq nümunələrinin götürülməsi və analiz üçün hazırlanması;
  • Torpaq nümunələrinin laboratoriya şəraitində hazırlanması və analiz edilməsi;
  • XRF cihazının düzgün istifadəsi və işə hazırlanması;
  • Analiz nəticələrinin qeydiyyatı və ilkin qiymətləndirilməsi;
  • Analiz nəticələri üzrə məlumatların və hesabatların hazırlanması;
  • Laboratoriya və əməyin mühafizəsi qaydalarına riayət edilməsi.

Namizədə tələblər

  • XRF spektrometr cihazı ilə praktiki işləmə bacarığı mütləqdir;
  • Torpaq nümunələri ilə işləmə bacarığı;
  • Torpaq analizi sahəsində iş təcrübəsi;
  • Laboratoriya avadanlıqlarından istifadə bacarığı;
  • Diqqətli, məsuliyyətli və dəqiq işləmək;
  • Komandada işləmək bacarığı.

Kimya, geologiya, torpaqşünaslıq, aqronomluq və ya əlaqəli sahələr üzrə təhsil və iş təcrübəsi üstünlük hesab olunur.

İş yeri və üstünlük

  • İş yeri Ağstafa rayonudur. Ağstafa və yaxın bölgələrdə yaşayan namizədlərə üstünlük veriləcək.
  • Qazax, Tovuz və ətraf rayonlardan olan namizədlərin müraciət etməsi arzuolunandır.

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən e-mailin mövzu (Subject) hissəsində: “Torpaq Analizi üzrə Mütəxəssis” qeyd etməlidirlər.

Yalnız XRF spektrometr cihazı ilə praktiki iş təcrübəsi və torpaq analizi üzrə uyğun bacarıqları olan namizədlərin müraciət etməsi xahiş olunur.

  • Daily0
  • Weekly139
  • Monthly1901