Vəzifə öhdəlikləri:
- Şagirdlərə dram və teatr incəsənəti üzrə nəzəri və praktiki dərslər keçmək;
- Müxtəlif səhnə tamaşaları, teatr layihələri və yaradıcılıq tədbirlərini təşkil etmək;
- Şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və komanda ilə işləmə bacarıqlarını gücləndirmək;
- Beynəlxalq təhsil standartlarına uyğun dərs planları hazırlamaq;
- Məktəbin mədəni və yaradıcılıq tədbirlərində aktiv iştirak etmək.
Tələblər:
- Ali təhsil (İncəsənət, Teatr, Pedaqogika və ya əlaqəli sahələr üzrə);
- Drama/teatr sahəsində təcrübə (pedoqoji təcrübə üstünlükdür);
- İngilis dilini yaxşı səviyyədə bilmək (dərslər ingilis dilində ola bilər);
- Uşaqlarla işləməyi sevən, yaradıcı və innovativ yanaşma qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı, güclü kommunikasiya və liderlik bacarıqları;
- Müasir pedaqoji metodlara və beynəlxalq təhsil yanaşmalarına bələdlik.
Üstünlüklər:
- Beynəlxalq məktəbdə və ya IB/ Cambridge proqramında təcrübə;
- Əlavə sənət sahələri üzrə bacarıqlar (musiqi, rəqs və s.);
- İştirak etdiyi tamaşalar və layihələr haqqında portfelin təqdim olunması.
Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını ( https://www.kaspi.edu.az/career/ ) doldurmaqla müraciət edə bilərlər.