Vakansiya tələbləri:
- Ali tibb təhsili;
- Tibb sahəsində minimum 2 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Uşaqların sağlamlığının mühafizəsi haqqında məlumatlı olmaq;
- Uşaqlara göstərilən ilkin təcili tibbi yardımın, dərman yardımının müayinə və diaqnostika üzrə peşəkar fəaliyyət prinsiplərini bilmək;
- Sanitar-profilaktika qaydalarını bilmək;
Vəzifə öhdəlikləri:
- Uşaqlarda müşahidə edilən xəstəliklərin ilkin müayinə və diaqnozunun təyin edilməsi;
- Ehtiyac yarandıqda ilkin tibbi yardım göstərmək;
- Uşaqlara təqdim edilən qidaların sağlamlığına və təhlükəsizliyinə nəzarət etmək;
- Bağçada gigiyenik-sanitar qaydalara əməl olunmasına, paltar və dəyişəklərin təmiz saxlanılmasına nəzarət etmək;
- Tibbi dərmanların və sarğı materiallarının siyahısının hazırlanması, vaxtında alınmasına və saxlanma qaydasına nəzarət etmək;
- Uşaqların gigiyenik tərbiyəsinin və sağlam həyat tərzinin təbliğinin təşkilində iştirak etmək.
Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya [email protected] ünvanına göndərməklə müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.