Kaspi Təhsil Şirkəti Kaspi Təhsil Şirkəti
  • 125

Qrafik / Motion Dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qrafik / Motion Dizayner

  • Deadline 18 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Kaspi” Təhsil Şirkəti Qrafik/Motion Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe proqramları üzrə (Photoshop, Illustrator, After Effects, Premiere Pro və s.) sərbəst işləmə bacarığı
  • Süni intellekt əsaslı dizayn və video həllərindən (Midjourney, Runway, Adobe Firefly və s.)effektiv istifadə təcrübəsi
  • Yaradıcı düşüncə, detallara diqqət və vaxtında təhvil vermə mədəniyyəti
  • Komanda daxilində işləmək bacarığı

Vəzifə öhdəlikləri:

Sosial media və rəqəmsal kontent

  • Sosial media platformaları üçün statik post, story & carousel dizaynlarının hazırlanması
  • Reels/TikTok/YouTube Shorts formatında qısa motion video və animasiyaların yaradılması
  • Kampaniya və elan (vakansiya, tədbir, qəbul kampaniyası) vizuallarının hazırlanması

Brend və marketinq materialları

  • Broşür, kataloq, banner, roll-up kimi çap materiallarının dizaynı
  • Brend təlimatına (brand guideline) uyğunluğun bütün materiallarda qorunması
  • Yeni kampaniyalar üçün vizual konseptlərin işlənib hazırlanması

Spesifik kontent

  • Dərs materialları, prezentasiya şablonları və infoqrafikaların dizaynı
  • Valideynlər üçün məlumatlandırıcı material və tədbir dəvətnamələrinin hazırlanması
  • Filiallar/kampuslar üçün naviqasiya, stend və interyer qrafik materiallarının dizaynı

​​​​​​​Video və montaj

  • Tədbir, məzuniyyət, kampus turu kimi videoların montajı
  • Testimonial (rəy) videolarının redaktəsi
  • Səs və vizual sinxronizasiyası, subtitr əlavə edilməsi

​​​​​​​Əməkdaşlıq və proses

  • Marketinq & Kommunikasiyalar komandası ilə birgə kontent təqviminə uyğun material istehsalı
  • Layihə üzrə rəy/redaktə dövrlərində iştirak və vaxtında təhvil

Süni intellekt alətlərindən istifadə

  • Süni intellekt alətləri ilə konsept generasiyası, ilkin variant yaratma və iş prosesinin sürətləndirilməsi
  • Süni intellekt ilə yaradılan materialların brend standartlarına uyğunlaşdırılması və son redaktəsi 

İş şəraiti

  • İş saatları: I-V günlər, 08:00-17:00
  • İş yeri: Kaspi Təhsil Şirkəti – Baş ofis

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. 

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly635
  • Monthly1726