Baş operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş operator

  • Истекает 14 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Laçın rayonu (Qarabağ və Şərqi Zəngəzur region (Yaşıl Enerji Zonası))

Sahə: Alternativ və bərpa olunan enerji (Su turbinlərinin və hidroelektrik stansiyaların istismarı)

İşin təsviri:

Vəzifə öhdəlikləri:

  • Kiçik su elektrik stansiyalarındakı (KSES) növbəli iş rejimi zamanı operativ idarəetməni həyata keçirmək və növbə heyətinin fəaliyyətinə rəhbərlik etmək;
  • Su turbinlərinin, generatorların və köməkçi sistemlərin təhlükəsiz, səmərəli və müəyyən olunmuş qrafikə uyğun iş rejimində fəaliyyətini təmin etmək;
  • Turbinlərin iş parametrlərini (su axını, təzyiq, temperatur, vibrasiya, fırlanma sürəti və s.) mütəmadi izləmək və optimal iş rejimini tənzimləmək;
  • Su idarəetmə sistemlərinə nəzarət etmək, suyun səviyyəsini və gələn su axınını turbinlərin texniki tələblərinə uyğun olaraq operativ idarə etmək;
  • Avadanlıqların işində baş verən kənaraçıxmaları, hidravlik və ya mexaniki nasazlıqları erkən mərhələdə müəyyən etmək, qəza hallarının qarşısını almaq və dərhal rəhbərliyə məlumat vermək;
  • Stansiyanın iş rejimi, istehsal olunan elektrik enerjisinin həcmi və növbə ərzində baş vermiş hadisələr barədə operativ jurnalları və hesabatları tərtib etmək.

Tələblər:

  • Energetika, Mexanika və ya Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə ali və ya orta ixtisas təhsili;
  • Su elektrik stansiyalarında (HES) və ya su turbinlərinin idarə olunması sistemlərində operator/baş operator kimi minimum 3 il iş təcrübəsi;
  • Su turbinlərinin (hidroturbinlərin), hidrotexniki qurğuların və idarəetmə panellərinin iş prinsiplərini mükəmməl bilmək;
  • Böhran və qəza vəziyyətlərində soyuqqanlılıq nümayiş etdirmək, sürətli və düzgün operativ qərarlar qəbul etmək bacarığı;
  • Komandaya rəhbərlik etmək, məsuliyyətlilik və növbəli (sutkalıq) iş qrafiki ilə Qarabağ bölgəsində işləmək imkanı.

Hörmətli namizədlər, CV-lərinizi zəhmət olmazsa vəzifə adını Baş operator məktubun mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan ünvanına göndərməyiniz xahiş olunu

  • Daily8
  • Weekly582
  • Monthly1180