İş yeri: Laçın rayonu (Qarabağ və Şərqi Zəngəzur region (Yaşıl Enerji Zonası))
Sahə: Alternativ və bərpa olunan enerji (Su turbinlərinin və hidroelektrik stansiyaların istismarı)
İşin təsviri:
Vəzifə öhdəlikləri:
- Kiçik su elektrik stansiyalarındakı (KSES) növbəli iş rejimi zamanı operativ idarəetməni həyata keçirmək və növbə heyətinin fəaliyyətinə rəhbərlik etmək;
- Su turbinlərinin, generatorların və köməkçi sistemlərin təhlükəsiz, səmərəli və müəyyən olunmuş qrafikə uyğun iş rejimində fəaliyyətini təmin etmək;
- Turbinlərin iş parametrlərini (su axını, təzyiq, temperatur, vibrasiya, fırlanma sürəti və s.) mütəmadi izləmək və optimal iş rejimini tənzimləmək;
- Su idarəetmə sistemlərinə nəzarət etmək, suyun səviyyəsini və gələn su axınını turbinlərin texniki tələblərinə uyğun olaraq operativ idarə etmək;
- Avadanlıqların işində baş verən kənaraçıxmaları, hidravlik və ya mexaniki nasazlıqları erkən mərhələdə müəyyən etmək, qəza hallarının qarşısını almaq və dərhal rəhbərliyə məlumat vermək;
- Stansiyanın iş rejimi, istehsal olunan elektrik enerjisinin həcmi və növbə ərzində baş vermiş hadisələr barədə operativ jurnalları və hesabatları tərtib etmək.
Tələblər:
- Energetika, Mexanika və ya Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə ali və ya orta ixtisas təhsili;
- Su elektrik stansiyalarında (HES) və ya su turbinlərinin idarə olunması sistemlərində operator/baş operator kimi minimum 3 il iş təcrübəsi;
- Su turbinlərinin (hidroturbinlərin), hidrotexniki qurğuların və idarəetmə panellərinin iş prinsiplərini mükəmməl bilmək;
- Böhran və qəza vəziyyətlərində soyuqqanlılıq nümayiş etdirmək, sürətli və düzgün operativ qərarlar qəbul etmək bacarığı;
- Komandaya rəhbərlik etmək, məsuliyyətlilik və növbəli (sutkalıq) iş qrafiki ilə Qarabağ bölgəsində işləmək imkanı.
Hörmətli namizədlər, CV-lərinizi zəhmət olmazsa vəzifə adını Baş operator məktubun mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan ünvanına göndərməyiniz xahiş olunu