Kənd Payı Orqanik Kənd Payı Orqanik

İstehsal Müdiri / Texnoloq tələb olunur (Gəncə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsal Müdiri / Texnoloq tələb olunur (Gəncə)

  • Deadline 25 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qida istehsalı sahəsində fəaliyyət göstərən "Kənd Payı Orqanik" müəssisəsinə İstehsal Müdiri / Texnoloq tələb olunur (Gəncə) axtarılır!

Namizədə dair tələblər:

  • Xanım namizəd;
  • Ali təhsil (qida mühəndisliyi, qida texnologiyası və ya uyğun ixtisas);
  • Minimum 2 il iş təcrübəsi;
  • Qida istehsalı sahəsində təcrübə üstünlükdür;
  • Zavod, fabrik və ya digər istehsal müəssisəsində iş təcrübəsi arzuolunandır;
  • İşçi heyətinin idarə olunması və komanda ilə işləmək bacarığı;
  • İstehsal proseslərini planlaşdırmaq və təşkil etmək bacarığı;
  • Məsuliyyətli, operativ və təşkilatçılıq qabiliyyətli olmaq.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal prosesinin gündəlik planlaşdırılması və idarə olunması;
  • İstehsalın müəyyən edilmiş plan və standartlara uyğun həyata keçirilməsinə nəzarət;
  • İstehsal prosesində çalışan əməkdaşların iş bölgüsünün aparılması və fəaliyyətlərinin koordinasiyası;
  • Məhsulların hazırlanma texnologiyasına və resepturalara riayət olunmasına nəzarət;
  • Xammalın qəbulundan hazır məhsulun istehsalına qədər proseslərin izlənilməsi;
  • Məhsulun keyfiyyətinə və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət;
  • Sanitariya-gigiyena və istehsal qaydalarının tətbiqinə nəzarət;
  • İstehsal prosesində yaranan problemlərin operativ müəyyən edilməsi və həllinin təşkili;
  • İstehsal avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət;
  • Xammal və materiallardan səmərəli istifadənin təmin edilməsi;
  • İstehsal zamanı itkilərin və tullantıların minimuma endirilməsi;
  • Hazır məhsulların keyfiyyət göstəricilərinin və istehsal standartlarının qorunması;
  • İstehsal heyətinin iş intizamına və əməyin mühafizəsi qaydalarına nəzarət;
  • İstehsal göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İstehsal proseslərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması ilə bağlı təkliflərin verilməsi.

İş şəraiti

  • İş yeri: Gəncə şəhəri, Avtozavod yolu.
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 700-1000 (Namizədin bilik və bacarığından asılı olaraq).

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar CV-lərini Mövzu hissəsində “İstehsal Müdiri / Texnoloq” Başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya

WhatsApp: 010 256 44 07 nömrəsinə göndərə bilərlər

  • Daily0
  • Weekly626
  • Monthly2337