İş yeri: Balıqçılıq və Akvakultura Mərkəzi PHŞ, Bakı
İş barədə məlumat:
Komandamıza Baş Mühasib vəzifəsinə peşəkar və məsuliyyətli mütəxəssis axtarır. Vəzifənin əsas məqsədi maliyyə və mühasibat uçotunun dəqiq və şəffaf aparılmasını təmin etmək, aidiyyəti dövlət orqanlarına hesabatların düzgün təqdim olunmasına nəzarət etməkdir.
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə və mühasibatlıq sisteminin qanunvericiliyə uyğun qurulması və idarə olunması
- Mühasibat uçotunun düzgün aparılması, maliyyə əməliyyatlarının sənədləşdirilməsi
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
- İllik büdcənin hazırlanması və icrasına nəzarət
- Audit proseslərinin təşkili və nəticələr üzrə tədbirlərin görülməsi
- Maliyyə axınlarının və xərclərin təhlili, rəhbərliyə hesabatların təqdim edilməsi
- Mühasibatlıq komandası ilə işin təşkili və peşəkar inkişafının təmin edilməsi
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə)
- Peşəkar Mühasib Sertifikatı (PMS) – İctimai sahə üzrə (AR Maliyyə Nazirliyi tərəfindən verilmiş)
- Mühasibatlıq sahəsində 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
- Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyini yüksək səviyyədə bilmək
- BTP, e-gov, e-taxes və digər müvafiq proqramlarda işləmək bacarığı
- Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi
- Komandada işləmək və liderlik bacarığı
Üstünlük sayılacaq:
- Dövlət sektorunda və ya publik hüquqi şəxslərdə iş təcrübəsi
- ACCA, CPA və ya digər beynəlxalq mühasibat sertifikatlarının olması
Təklif edirik:
- Stabil və şəffaf əmək münasibətləri
- Rəqabətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir)
- Peşəkar inkişaf və təlim imkanları
- Sosial təminat və qanunvericiliyə uyğun iş şəraiti
Müraciət qaydası:
CV-lərinizi və motivasiya məktubunuzu Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Baş Mühasib” qeyd olunmalıdır.