K Kənd təsərrüfatı şirkəti
  • 1.3K

Kənd təsərrüfatı şirkəti

Filial Əməliyyatları üzrə rəhbər

Filial Əməliyyatları üzrə rəhbər

  • Deadline 13 Aprel 2025

Namizəd profili:

Filial Əməliyyatları üzrə rəhbər vəzifəsi üçün uyğun namizəd güclü texniki idarəetmə və təşkilati bacarıqlara malik olmalıdır. O, filiallarda texnika və aqreqatların cari vəziyyətini qiymətləndirərək onların saz vəziyyətdə saxlanılmasını təmin etməli, texniki nasazlıqların vaxtında aradan qaldırılması üçün tədbirlər görməlidir. Namizəd filiallarda texnika və aqreqatların təkmilləşdirilməsi üçün təkliflər verməli, onların əsaslı və cari təmir planlarını icra etməli və təchizat prosesini effektiv şəkildə təşkil etməlidir. O, həmçinin texnikaların istifadəsi zamanı yaranan problemləri araşdırmalı, sürücülərə təhlükəsiz sürücülük və yanacaq qənaəti ilə bağlı təlimlər keçməli və tabeçiliyində olan işçilərin fəaliyyətini nəzarətdə saxlamalıdır. Bundan əlavə, namizəd 1C proqramında anbar üzrə dövriyyəni təhlil etməli, yersiz sifarişlərin qarşısını almalı və texniki xidmət modulunda sifarişlərin düzgün icrasına nəzarət etməlidir. O, müxtəlif dövlət qurumları (yol polisi, nəqliyyat yoxlamaları, texnazor və s.) ilə əlaqə saxlamalı və sənədləşmə işlərini düzgün şəkildə təşkil etməlidir. Belə bir namizəd texnika və aqreqatların idarə olunmasını effektiv şəkildə təşkil edə, texniki nasazlıqları aradan qaldıra və filiallarda texniki fəaliyyətin optimallaşdırılmasına töhfə verə bilər.

Əgər sıralamalı olsaq:

Peşəkar Bacarıqlar və Təcrübə

  • Texniki idarəetmə və nəzarət – filiallarda texnika və aqreqatların saz vəziyyətdə saxlanılmasına nəzarət etməli və texniki nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etməli;
  •  Təmir və texniki xidmət – texnikaların əsaslı və cari təmir planlarının icrasına nəzarət etməli və ehtiyat hissələrin vaxtında təmin olunmasına nəzarət etməli;
  • Anbar və təchizat idarəetməsi – ehtiyat hissələrin təchizatını təşkil etməli və 1C proqramında dövriyyəni təhlil etməli;
  • Koordinasiya və əlaqə – dövlət qurumları və filiallarla texniki sənədləşməni və əlaqəni təmin etməli;
  • Təlim və heyət idarəetməsi – sürücülərə və mexanizatorlara təlimlər keçməli və onların fəaliyyətini nəzarətdə saxlamalı;
  • GPS nəzarəti – texnikaların və xidməti avtomobillərin GPS-də izlənilməsini təmin etməli;
  • Hesabatlıq və analitika – texnikaların fəaliyyəti barədə aylıq və rüblük hesabatlar hazırlamalı və rəhbərliyə təqdim etməli. 

Tələb Olunan Bilik Səviyyəsi

  • Ali təhsil (İdarəetmə, Mexanika, Texnika və ya oxşar sahələr üzrə);
  • Proqram bilikləri: 1C və MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür).

Şəxsi Keyfiyyətlər

  • Diqqətli və məsuliyyətli – detallara və məxfi məlumatlara qarşı həssaslıq;
  • Yüksək təşkilatçılıq və vaxtın idarə olunması – prosesləri dəqiq və səmərəli idarə etməli;
  • Effektiv ünsiyyət və komandada işləmə – komanda ruhunu qoruya bilməli və əməkdaşlarla düzgün əlaqə qurmalı;
  • Problem həll etmə və qərarvermə qabiliyyəti – çətin vəziyyətlərdə sürətli və düzgün qərar verməli;
  • Təşəbbüskar və çevik – yeniliklərə açıq və adaptasiya bacarığı yüksək olmalıdır. 

Bölgələr:

  • Bərdə və Tərtər

Əmək haqqı: 

  • 2200 – 2400 GROSS 
  • Daily19
  • Weekly19
  • Monthly1794