Vəzifə öhdəlikləri:
- Sahəyə daxil olan materialların müvafiq sənədlərinin, sertifikatlarının, texniki göstəricilərinin və təsdiq statusunun yoxlanılmasında iştirak etmək;
- Tikinti sahəsində yerinə yetirilən işlərin təsdiq edilmiş layihə sənədlərinə, İşin İcra Metoduna (Method Statement), texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək;
- Baş Podratçı tərəfindən həyata keçirilən istehsalat keyfiyyət nəzarətinin layihənin keyfiyyət tələblərinə uyğunluğunu yoxlamaq;
- İşlərin icrası zamanı qüsur, çatışmazlıq və uyğunsuzluqları aşkar etmək, onların qeydiyyata alınmasını və aradan qaldırılmasını izləmək;
- Aşkar edilmiş uyğunsuzluqlar üzrə NCR/NFI və digər keyfiyyət sənədlərinə baxmaq, təqdim edilmiş düzəliş və düzəldici fəaliyyətlərə dair rəy bildirmək;
- İşlərin tamamlanmasından sonra yekun yoxlamaları həyata keçirmək və aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək;
- Təsdiq edilmiş Keyfiyyət Planının (Quality Plan), İşin İcra Metodunun (Method Statement) və Yoxlama və Sınaq Planlarının (ITP) layihə sahəsində tətbiqinə nəzarət etmək;
- ITP-də müəyyən edilmiş hold point, witness point, inspection və test fəaliyyətlərinin vaxtında həyata keçirilməsini izləmək;
- Tələb olunan yoxlama və sınaqların nəticələrini, protokollarını və müvafiq keyfiyyət qeydlərini nəzərdən keçirmək;
- Tikinti sahəsində vaxtaşırı keyfiyyət yoxlamaları və inspeksiyalar aparmaq;
- İstehsalat prosesi zamanı müəyyən edilmiş keyfiyyət riskləri, qüsurlar və uyğunsuzluqlar barədə Layihə Nəzarəti rəhbərini məlumatlandırmaq;
- İşlərin təhvil verilməsi öncəsi punch list/snags üzrə yoxlamalarda iştirak etmək və çatışmazlıqların aradan qaldırılmasını izləmək;
- Keyfiyyət üzrə aparılmış yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
- Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyətə nəzarət prinsipləri barədə bilik;
- Layihə və texniki sənədləri oxuma və təhlil etmə bacarığı;
- Tikinti materialları və onların keyfiyyət göstəriciləri haqqında məlumatlılıq;
- MS Office proqramlarında işləmək bacarığı;
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Üstünlük hesab olunur:
- ISO 9001, 14001 və 45001 üzrə bilik;
- QA/QC sahəsində iş təcrübəsi;
- Böyük tikinti layihələrində təcrübə;
- Müvafiq peşəkar sertifikatların olması;
İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
Əmək haqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsi nəzərə alınmaqla müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.