Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində beton və armatur işlərinin layihə, texniki spesifikasiyalar və müvafiq normativ tələblərə uyğunluğuna nəzarət təcrübəsi.
- Armaturun quraşdırılması, qoruyucu beton qatının yoxlanılması, betonun qəbulu, nümunələrin götürülməsi və sınaq nəticələrinin qiymətləndirilməsi üzrə biliklər.
- ITP, Method Statement, yoxlama checklist-ləri, RFI/NFI və NCR kimi keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması bacarığı.
- Uyğunsuzluqların müəyyən edilməsi, hesabatların hazırlanması və keyfiyyətə nəzarət proseslərinin effektiv təşkili bacarığı.
- Təsdiq edilmiş Keyfiyyət Planının (Quality Plan), İşin İcra Metodunun (Method Statement) və Yoxlama və Sınaq Planlarının (ITP) layihə sahəsində tətbiqinə nəzarət etmək;
- ITP-də müəyyən edilmiş hold point, witness point, inspection və test fəaliyyətlərinin vaxtında həyata keçirilməsini izləmək;
- Tələb olunan yoxlama və sınaqların nəticələrini, protokollarını və müvafiq keyfiyyət qeydlərini nəzərdən keçirmək;
- Tikinti sahəsində vaxtaşırı keyfiyyət yoxlamaları və inspeksiyalar aparmaq;
- İstehsalat prosesi zamanı müəyyən edilmiş keyfiyyət riskləri, qüsurlar və uyğunsuzluqlar barədə Layihə Nəzarəti rəhbərini məlumatlandırmaq;
- Keyfiyyət üzrə aparılmış yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
- Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
- Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyətə nəzarət prinsipləri barədə bilik;
- Layihə və texniki sənədləri oxuma və təhlil etmə bacarığı;
- Tikinti materialları və onların keyfiyyət göstəriciləri haqqında məlumatlılıq;
- MS Office proqramlarında işləmək bacarığı;
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Üstünlük hesab olunur:
- ISO 9001, 14001 və 45001 üzrə bilik;
- QA/QC sahəsində iş təcrübəsi;
- Böyük tikinti layihələrində təcrübə;
- Müvafiq peşəkar sertifikatların olması;
İş şəraiti
- İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
- Əmək haqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsi nəzərə alınmaqla müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.