Keyfiyyət üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyət üzrə mühəndis

  • Deadline 29 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  •  Tikinti sahəsində beton və armatur işlərinin layihə, texniki spesifikasiyalar və müvafiq normativ tələblərə uyğunluğuna nəzarət təcrübəsi.
  • Armaturun quraşdırılması, qoruyucu beton qatının yoxlanılması, betonun qəbulu, nümunələrin götürülməsi və sınaq nəticələrinin qiymətləndirilməsi üzrə biliklər.
  • ITP, Method Statement, yoxlama checklist-ləri, RFI/NFI və NCR kimi keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması bacarığı.
  • Uyğunsuzluqların müəyyən edilməsi, hesabatların hazırlanması və keyfiyyətə nəzarət proseslərinin effektiv təşkili bacarığı.
  • Təsdiq edilmiş Keyfiyyət Planının (Quality Plan), İşin İcra Metodunun (Method Statement) və Yoxlama və Sınaq Planlarının (ITP) layihə sahəsində tətbiqinə nəzarət etmək;
  • ITP-də müəyyən edilmiş hold point, witness point, inspection və test fəaliyyətlərinin vaxtında həyata keçirilməsini izləmək;
  • Tələb olunan yoxlama və sınaqların nəticələrini, protokollarını və müvafiq keyfiyyət qeydlərini nəzərdən keçirmək;
  • Tikinti sahəsində vaxtaşırı keyfiyyət yoxlamaları və inspeksiyalar aparmaq;
  • İstehsalat prosesi zamanı müəyyən edilmiş keyfiyyət riskləri, qüsurlar və uyğunsuzluqlar barədə Layihə Nəzarəti rəhbərini məlumatlandırmaq;
  • Keyfiyyət üzrə aparılmış yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
  • Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
  • Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyətə nəzarət prinsipləri barədə bilik;
  • Layihə və texniki sənədləri oxuma və təhlil etmə bacarığı;
  • Tikinti materialları və onların keyfiyyət göstəriciləri haqqında məlumatlılıq;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sənədləşmə və hesabatların hazırlanması bacarığı;

Üstünlük hesab olunur:

  • ISO 9001, 14001 və 45001 üzrə bilik;
  • QA/QC sahəsində iş təcrübəsi;
  • Böyük tikinti layihələrində təcrübə;
  • Müvafiq peşəkar sertifikatların olması;

İş şəraiti

  • İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsi nəzərə alınmaqla müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly454
  • Monthly2427