Vəzifə öhdəlikləri
- Daşınmaz əmlak bazarının araşdırılması və müvafiq satış strategiyalarının tətbiqi;
- Potensial müştərilərin axtarılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Müştərilərin müraciətlərinin qəbul edilməsi, ehtiyaclarının, büdcələrinin və daşınmaz əmlakla bağlı gözləntilərinin ətraflı öyrənilməsi;
- Potensial alıcılarla telefon danışıqlarının aparılması, daxil olan sorğuların operativ cavablandırılması və müştərilərlə davamlı əlaqənin saxlanılması;
- Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər müşayiət edilməsi;
- Alqı-satqı prosesində müştərilərin müvafiq sənədləşmə mərhələləri barədə məlumatlandırılması və aidiyyəti üzrə dəstəyin göstərilməsi;
- Şirkətin nüfuzunun qorunması, müştərilərlə etik davranış qaydalarına riayət edilməsi və peşəkar iş münasibətlərinin formalaşdırılması.
- Gündəlik və aylıq satış nəticələri haqqında rəhbərliyə hesabat verilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Daşınmaz əmlak sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Güclü inandırma və danışıqlar aparmaq qabiliyyəti;
- Müştərilərlə düzgün və peşəkar münasibət qurmaq bacarığı;
- Azərbaycan dilində səlis danışıq. Rus və ingilis dili bilikləri üstünlükdür.
- CRM sistemləri ilə işləmə bacarığı.
- Əmək haqqı-1500 AZN+satışdan bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində email ünvanına göndərə bilərlər.