Satış mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış mütəxəssisi

  • Deadline 23 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Daşınmaz əmlak bazarının araşdırılması və müvafiq satış strategiyalarının tətbiqi;
  • Potensial müştərilərin axtarılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Müştərilərin müraciətlərinin qəbul edilməsi, ehtiyaclarının, büdcələrinin və daşınmaz əmlakla bağlı gözləntilərinin ətraflı öyrənilməsi;
  • Potensial alıcılarla telefon danışıqlarının aparılması, daxil olan sorğuların operativ cavablandırılması və müştərilərlə davamlı əlaqənin saxlanılması;
  • Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər müşayiət edilməsi;
  • Alqı-satqı prosesində müştərilərin müvafiq sənədləşmə mərhələləri barədə məlumatlandırılması və aidiyyəti üzrə dəstəyin göstərilməsi;
  • Şirkətin nüfuzunun qorunması, müştərilərlə etik davranış qaydalarına riayət edilməsi və peşəkar iş münasibətlərinin formalaşdırılması.
  • Gündəlik və aylıq satış nəticələri haqqında rəhbərliyə hesabat verilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • Daşınmaz əmlak sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Güclü inandırma və danışıqlar aparmaq qabiliyyəti;
  • Müştərilərlə düzgün və peşəkar münasibət qurmaq bacarığı;
  • Azərbaycan dilində səlis danışıq. Rus və ingilis dili bilikləri üstünlükdür.
  • CRM sistemləri ilə işləmə bacarığı.
  • Əmək haqqı-1500 AZN+satışdan bonus

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində email ünvanına göndərə bilərlər.

  • Daily78
  • Weekly78
  • Monthly1556