Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə iş qrafiklərinin hazırlanması və yenilənməsi;
- Layihələrin icra müddətlərinin planlaşdırılması və izlənilməsi;
- Faktiki görülən işlərin planlaşdırılmış qrafiklə müqayisə edilməsi;
- Tikinti işlərinin gedişatı ilə bağlı hesabatların hazırlanması;
- Görülmüş işlərin həcmlərinin təhlili və müvafiq sənədləşmənin aparılması;
- Layihə üzrə texniki sənədlərin, cədvəllərin və hesabatların hazırlanması;
- Tikinti sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi;
- Layihənin vaxtında və müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarətdə iştirak.
Namizədə tələblər:
- Tikinti sahəsində müvafiq təhsil və ya iş təcrübəsinin olması arzuolunandır
- AutoCAD, Primavera, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı
- Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması bacarığı;
- Analitik düşünmə, hesabat hazırlama və məlumatlarla işləmə bacarığı;
- Texniki sənədlərlə işləmək və məlumatları sistemləşdirmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək və digər şöbələrlə koordinasiya qurmaq bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-18:00
- Əmək haqqı: 2000 – 2500 manat
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.