Vəzifə öhdəlikləri:
- Bank ödənişlərinin həyata keçirilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Müqavilələrin və digər daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması, düzgünlüyünə nəzarət edilməsi;
- Mühasibat uçotunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
- Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
- Vergilərin və digər məcburi ödənişlərin hesablanması və ödənilməsi;
- Mühasibat uçotunun “1C 8.3.” kompüter proqramı vasitəsilə mühasibat uçotunun beynəlxalq standartlarına və uçot qaydalarına uyğun aparılmasında və müxabirləşmələrin verilməsində iştirak edilməsi;
- Maliyyə uçotunun aparılmasında, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının layihələrinin hazırlanmasında və aidiyyətı üzrə təqdim edilməsində iştirak edilməsi;
- Kənar audit üçün tələb olunan məlumatların və sənədlərin auditə təqdim edilməsini təmin etmək;
- Əmlakın və öhdəliklərin inventarizasiyasının həyata keçirilməsində və nəticələrinin rəsmiləşdirilməsində iştirak edilməsi;
- Rəhbərlik tərəfindən verilən gündəlik (həftəlik, aylıq) işlərin icrasını nəzarətdə saxlanılması.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü üstünlükdür);
- İş təcrübəsi: müvafiq sahədə minimum 1 il;
- Peşəkar mühasib sertifikatının olması mütləqdir;
- Kompüter bilikləri: 1C, MS Office (Excel - yaxşı səviyyədə);
- İlkin mühasibat uçotu bilikləri;
- “Internet banking” sistemində işləmək bacarığı;
- Vergi Məcəlləsi və digər aidiyyəti qanunvericilik üzrə biliklər;
- Azərbaycan dili, Rus və ingilis dili biliyi
- ACCA sertifikatlarının olması üstünlükdür
- Operativlik, dəqiqlik, müştərilərlə ünsiyyət qurma bacarığı, kollektivdə komanda ilə işləmə bacarığı.
İş qrafiki və şərtləri:
- İş saatları 09:00 - 18:00;
- Nahar fasiləsi: 13:00 -14:00;
- Şənbə və Bazar istirahət günü;
- İş yeri: Bakı, Nəsimi rayonu, Winter Park Plaza;
- Əmək haqqı: razılaşma yolu ilə.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, Mövzu hissəsində Mühasib qeyd etməklə göndərmələri xahiş olunur.