Khamsa Insurance and Reinsurance Brokers Khamsa Insurance and Reinsurance Brokers
  • 231

Khamsa Insurance and Reinsurance Brokers

Insurance

Sığorta və təkrarsığorta üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sığorta və təkrarsığorta üzrə kiçik mütəxəssis

  • Deadline 14 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Müştərilərlə və sığorta şirkətləri ilə əlaqə saxlamaq;
  • Birbaşa sığorta əməliyyatları zamanı müştərilərdən daxil olan təklifləri araşdırmaq;
  • Müştərilərdən sığorta obyektləri barədə bütün məlumatları əldə etmək;
  • Sığorta təklifini hazırlamaq;
  • Sığorta müqavilələrinin layihələrini hazırlamaq;
  • Müqavilə şətlərini müştərilərlə və sğorta şirkətləri ilə razılaşdırmaq və imzalanmasını təşkil etmək;
  • Daxil olan təkrarsığorta və çıxan təkrarsığorta əməliyyatlarının rəsmiləşdirilməsi üçün tələb olunan prosedurları yerinə yetirmək;
  • Təkrarsığortalılarla və təkrarsığortaçılarla əlaqə saxlamaq, tələb olunan bütün məlumatları əldə etmək, qiymət təklifini formalaşdırmaq;
  • Sığorta və təkrarsığorta müqavilələrinin şərtlərini müəyyənləşdirmək, onları təkrarsığortalılarla və təkrarsığortaçılarla razılaşdırmaq;
  • Sığorta və təkrarsığorta müqavilələrinin layihələrini hazırlamaq və imzalanmasını təşkil etmək;
  • İmzalanmış hər bir sığorta və təkrarsığorta müqaviləsi üzrə təhriri hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Sığorta brokeri xidmətləri üzrə aylıq reyestri tərtib etmək və müqavilələrin surətləri ilə birlikdə növbəti ayın 10-dək mühasibatlığa təqdim etmək;
  • Bağlanmış sığorta və təkrarsığorta müqavilələrinin orijinallarının sistem üzrə qovluqlara yığılmasını və vaxtı bitmiş müqavilələrin arxivləşdirilməsini təşkil  etmək;
  • Sığorta bazarının iştirakçıları ilə Şirkət arasında işgüzar münasibətlərin yaradılmasına dəstək olmaq;
  • Risklərin qiymətləndirilməsi üzrə hesabat formaların hazırlanmasında iştirak etmək;
  • Vəzifə öhdəliklərinin icrası zamanı maliyyə monitorinqi qanunvericiliyinin tələblərinə və Şirkətin daxili nəzarət qaydalarının tələblərinə əməl etmək;
  • Rəhbərliyin ayrı-ayrı xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

  • İşə qəbul: Müddətli əmək müqaviləsi bağlanması yolu ilə.
  • Sınaq müddəti:  İşin birinci 3 ayı sınaq müddəti hesab ediləcəkdir. 
  • İş günləri:  bazar ertəsi-cümə.
  • İstirahət günləri: şənbə və bazar.

Ünvan: Bakı şəhəri, Rəsul Rza küç., 75, Winter Park Plaza 2-ci mərtəbə, 201 ofis.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly653
  • Monthly1402